Adil Əliyev Sevinc Osmanqızının Paşinyana məhəbbətindən bəhs etdi MÜNASİBƏT

Adil Əliyev Sevinc Osmanqızının Paşinyana məhəbbətindən bəhs etdi MÜNASİBƏT

MM-in sədr müavini: “Onun bu erməni sevgisinin arxasında hansı faktların durmasından hər birimiz məlumatlıyıq”

“Marginal müxalifət hər addımda özləri öz gerçək kimliklərini bir daha ifşa edirlər. Məsələn, Əli Kərimlinin “silahdaşı” Sevinc Osmanqızı kimi”.

SİA xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev ABŞ-da yaşayan və anti-Azərbaycan fəaliyyəti ilə seçilən, eləcə də həmin fəaliyyətini sosial şəbəkələr üzərindən ictimailəşdirən Sevinc Osmanqızının Ermənistanın baş naziri Nikol Paşinyanı tərif etdiyi fikirlərinə münasibətini bildirərkən deyib.

Parlamentin sədr müavininin sözlərinə görə, Sevinc Osmanqızı atasının ermənilər tərəfindən qətlə yetirilməsinə baxmayaraq, Ermənistanın vətəndaşı olmaq arzusundadır və Paşinyanın onun prezidenti olmasını istəyir.

“Onun bu erməni sevgisinin arxasında hansı faktların durmasından hər birimiz məlumatlıyıq”, deyə qeyd edən Adil Əliyev vurğulayıb ki, Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandanın ətrafında yumruq olaraq birləşib və xalqımız hansısa xarici qrantların hesabına ölkəmizi gözdən salmağa cəhd edən bu qəbildən olan çirkin kampaniyalara heç bir halda yol vermir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə