Ermənistanın son tranzit ümidləri necə puç oldu? ANALİTİK+AKTUAL
Bakı, Tbilisi və Tehran Fars körfəzi vasitəsilə İran üzərindən Ermənistana, oradan Qara dənizə, ardınca isə Avropaya daşınacaq yüklərin tranzit məsələsində yağlı nöqtə qoyublar
Ermənistanın “Şimal-Cənub” tranziti ilə bağlı arzuları İranın son qərarı ilə puç oldu. Artıq məlumatlara görə, Bakı, Tbilisi və Tehran Fars körfəzi vasitəsilə İran üzərindən Ermənistana, oradan Qara dənizə, ardınca isə Avropaya daşınacaq yüklərin tranzit məsələsində yağlı nöqtə qoyublar. SİA-nın məlumatına görə, İran İslam Respublikasının Beynəlxalq tranzit və daşınma idarəsinin baş direktoru Cavad Hedayati də sözügedən məlumatı təsdiq edib. Beləliklə, Azərbaycanla Gürcüstan arasında keçirilmiş iki görüşdən sonra təşəbbüs olaraq təklif edilib ki, regional yaxınlaşma üçün yeni tranzit dəhlizi yaradılsın. Nəticədə yeni marşrutun yaradılması Fars körfəzi ilə Qara dənizi birləşdirəcək.
580 kilometrlik İrəvan-Mehri-Təbriz avtomobil yolunun yalnız 31 kilometri “Asiya inkişaf Bankı” tərəfindən verilən kredit hesabına salınıb, yerdə qalan vəsait isə buxarlanıb
Bu məsələdə isə Ermənistan növbəti şansını itirdi və yenidən, özü də daha ağır iqtisadi məğlubiyyətə uğradı. Ermənistan düşdüyü çıxılmaz vəziyyətində xəyallara dalmışdı ki, regiondakı proseslərdən istifadə edərək tranzit ölkəyə çevriləcək və Hindistan, Çin, Vyetnam, Tailand, Yaponiya kimi ölkələr öz yüklərini, məhsullarını onun üzərindən tranzit kimi istifadə edəcəklər. Lakin…
Lakin İrəvanın uğursuz siyasətinin və qeyri-uzaqgörənliyinin daha bir faktı budur ki, həmin ölkələr Ermənistanda ən pis yolların, keçilməz dağ relyeflərinin olduğunu əvvəlcədən müəyyən ediblər. Üstəlik, 580 kilometrlik İrəvan-Mehri-Təbriz avtomobil yolunun yalnız 31 kilometri “Asiya inkişaf Bankı” tərəfindən verilən kredit hesabına salınıb, yerdə qalan vəsaitin isə haraya buxarlanması barədə kimsə məlumatlı deyil.
Heç bir “ağıllı” Ermənistana 3,5 milyard dollar həcmində borc verməz!
Beləliklə, “Şimal-Cənub” layihəsinin tamamlanması üçün Ermənistana 3,5 milyard dollar (!) lazımdır, amma müharibədən ağır məğlubiyyətlə çıxmış, sosial vəziyyəti sürətlə pisləşən, iqtisadiyyatı isə müstəqil olmayan və dibə doğru çökən bir ölkəyə hansı “ağıllının” borc verəcəyini isə ehtimal belə etmək çox gülünc səslənir. Artıq ölkədən əlini üzmüş erməni doasporu isə 44 günlük müharibə vaxtı İrəvana göndərilən vəsaitlərin hesabatını tələb edir və bundan sonra ümumiyyətlə, Ermənistan üçün bu qədər vəsaiti toplamaq marağında və gücündə də deyil.
Bu məsələdə Bakının rolu və gücünü xüsusilə vurğulamaq olar. Təkcə bir fakta nəzər yetirək: Bakı İrəvanı beynəlxalq layihələrə daxil olmasını bloklayır, nəticədə bu ölkənin 1,5 milyon insanının Rusiyaya, Avropaya mühacirət etməsi psoesini sürətləndirir. Artıq Ermənistanın son ümid çırpınışlarıdır və ümidləri puç olub. Hətta ermənilərin vaxtilə Cənubi Qafqaza axın etdiyi və kökləri qaynaqlanan Hindistanla bağlı logistik əlaqələri də utopiyaya çevrilməkdədir.
Nə Dehli, nə Pekin, nə Hanoy, nə Banqkonq, nə də Tokio...
Təbii ki, Bakı, Tbilisi və Tehran arasında haqqında bəhs edilən ilkin razılaşmalardan sonra nə Dehli, nə Pekin, nə Hanoy, nə Banqkonq, nə də Tokio əsla Ermənistanın öz konteynerlərinin nəqliyyat dalanına daxil olmasını istəməz.
Bəs bütün bunların kökündə dayanan əsas, köklü səbəb nədən ibarətdir? Bu sualın cavabı bəsit və sadədir: Ermənistanın qonşu ölkələrə qarşı ərazi iddiaları və aqressiv siyasəti onun nəinki iqtisadi imkanlarını sıfıra endirib, eləcə də müstəqilliyini, suverenliyini böyük təhlükə altında qoyub. O da əbəs deyil ki, erməni ictimai rəyində və siyasi çevrələrində yeganə xilas yolu olaraq erməni muxtariyyəti hüquqları saxlanılmaqla Rusiyanın tərkibinə daxil olmaq variantı müzakirə edilməkdədir. Görünür, heç də bütün xalqlar dövlətçilik və müstəqillik şanslarını haqq etmirlər. Zamanında Uca Yaradan ermənilərə ilk dəfə öz dövlətlərini əldə etmək şansını vermişdi və bu gün onların həmin şansdan istifadə edərək hansı vəziyyətə düşdüklərini isə bütün dünya görür və şahidi olur...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB