Hamı demokratik dəyərlərə eyni cür riayət etməlidir - QHT RƏSMİSİ MÜNASİBƏT BİLDİRİB

"Demokratiyanın qorunub saxlanılması və inkişaf etdirilməsinə yanaşma müxtəlif cürdür. Ona görə də düşünürəm ki, demokratiyanı qoruyub saxlamaq hər bir ölkənin borcudur". Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib.

O, qeyd edib ki, demokratiya ümumbəşəri dəyərdir. Təəssüflər olsun ki, 30 il ərzində torpaqlarımız işğal altında olanda biz ölkələrin demokratiyaya münasibətini bütün çılpaqlığı ilə gördük.

Bu barədə Rauf Zeyni fikirlərini belə izah edib: "Həmin ölkələr işğalçı ilə işğal olunana eyni, bəzən də işğalçıya işğal olunandan daha çox münasibət bəsləyirdilər. Axı hansı demokratiyadan söhbət gedir ki, BMT kimi dünyanın ən böyük təşkilatı 30 ildə öz qətnaməsini icra etmədi. Axı bu demokratik dəyər idi və icra olunmalıydı. Ona görə, bu və ya digər konfransa kimisə dəvət edib, kimisə dəvət etməmək kimi ədalətsiz davranmaq olmaz. İstər ABŞ, Fransa istərsə də Yaponiya olsun hamı demokratik dəyərlərə eyni cür riayət etməlidir. Onu qoruyub saxlamalıdır. Əgər bu olmursa, heç bir bəşəri dəyərdən danışmaq olmaz".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə