Xalq Zəfər paradını heç vaxt unutmayacaq - HƏRBİ EKSPERT FİKİR BİLDİRDİ

"Ümumiyyətlə, Qələbə Gününün, Zəfərin qeyd olunması xalqın, cəmiyyətin millət olaraq dövlətin yanında dayaq kimi formalaşması üçün olduqca əhəmiyyətli məna kəsb edir". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

O, qeyd edib ki, çox vacib məqamlardan biri də Zəfər paradında məğlub ölkənin, yəni illərdir Azərbaycan xalqına, Azərbaycan millətinə hədsiz ağrılar, acılar yaşatmış bir dövlətin, bir millətin cəza mərasimi idi. Mən bu Zəfər paradını həm də bir cəza mərasimi kimi dəyərləndirirəm.

Ramil Məmmədli bu barədə fikrini belə izah edib: "Düşünürəm ki, bu paradda qeyd olunan bütün detallar istər erməni avtomobil dövlət nömrə nişanlarının plakatının keçməsindən tutmuş məhv edilmiş erməni hərbi maşınları, texnikalarına qədər bütün detallar Azərbaycanın qələbəsi ilə yanaşı, həm də ermənilərin bir cəza mərasiminin məntiqi davamı kimi görsənirdi. Azərbaycan xalqı bu Zəfər paradını daim keçirəcək. Bu parad hər il keçiriləcək və Azərbaycan xalqı ötən ilin dekabrın 10-da keçirilən Zəfər paradını da heç vaxt unutmayacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə