Ceyhun Bayramovdan ölkə gənclərinə TƏBRİK

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkə gənclərini 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, XİN rəhbəri bu barədə özünün "tviter"dəki hesabında paylaşım edib.

"5 dekabr - Beynəlxalq Könüllülər Günündə Azərbaycanın davamlı inkişafına töhfə verən bütün könüllülərimizi təbrik edir, xeyirxah və nəcib fəaliyyətlərində onlara yeni uğurlar arzulayıram", - deyə nazir sosial şəbəkə hesabında yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə