Azərbaycan İrana qarşı heç bir mənfi bir addım atmır - ŞƏRH EDİLDİ

"Aşqabad görüşündən sonra Azərbaycan və İran dövlətləri arasında münasibətlərin normallaşacağı gözlənilir. Əslində görüşdə verilən mesajlar da bunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, bu görüşdən öncə Azərbaycan və İran arasında müəyyən anlaşılmazlıqlar oldu: "Bu istiqamətdə atılan addımlar da onu göstərir ki, iki ölkə arasındakı münasibətlər normallaşacaq. Fikrimcə, İran bölgədəki vəziyyəti qəbul etmək məcburiyyətindədir. İran həm müharibədən sonrakı vəziyyətdə, həm “3+3” formatına, eləcə də Zəngəzur dəhlizinə qarşı çıxmaq istəyirdi. Amma bu alınmadı. Ona görə də, İran tərəfi bölgədəki baş verən reallıqlarla barışmağa məcbur oldu. Yekun olaraq biz Aşqabaddakı görüşü Azərbaycan və İran prezidentlərinin görüşü kimi adlandıra bilərik. Bu görüşdə həm ikitərəfli münasibətlər, həm də regiondakı vəziyyət müzakirə edildi. Fikrimcə, İran bundan sonra bacardığı qədər Azərbaycan ilə daha normal münasibət saxlamağa çalışacaq. Zəngəzur dəhlizi açıldıqdan sonra İranın ümumiyyətlə Cənubi Qafqaza daxil olması gerçəkləşəcək.

Azərbaycan tərəfi təbii ki, İrana qarşı heç bir mənfi bir addım atmır. Əksinə İrana əməkdaşlıq təklif edir. O cümlədən qarşılıqlı qazanc platformalarını təklif edir. Bundan sonra İran daha çox çalışacaq ki, Azərbaycan ilə münasibətlərdə gərginliyə yol verməsin".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...