Azərbaycanın strategiyası hamının maraqlarına uyğundur - DEPUTAT FİKİR BİLDİRDİ
"Azərbaycanın istəyi bölgədə sabitlik, əməkdaşlıq mühitinin yaradılmasıdır". Bunu SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.

Asim Mollazadə bu barədə fikirlərini belə bildirib: "Münaqişə həll olunduqdan sonra hamının maraqlarını əhatə edən sistemlər formalaşmalıdır. Azərbaycan bu istiqamətdə böyük işlər görüb. Söhbət nəqliyyat və başqa digər sistemlərdən gedir. Təbii olaraq İranın daxilində Ermənistanla bağlı bir millət, iki dövlət təffəkürü ilə yaşayan qüvvələr var. Eyni zamanda İranda da çox yaxşı anlayırlar ki, əməkdaşlıq və sabitlik ancaq onları çox ciddi fəsadlardan xilas edə bilər. Azərbaycanın tərəfdaşlıq və əməkdaşlıq əsasında yaradılan strategiyası hamının maraqlarına uyğundur".
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB