“Brüssel görüşündə humanitar məsələlər müzakirə oluana bilər” - POLİTOLOQ ŞƏRH ETDİ

"Ümumiyyətlə, Soçi görüşündən sonra Brüssel görüşünün keçirilməsi də aktual mövzu olaraq qalır və mən hesab edirəm ki, burada humanitar məsələlər müzakirə oluna bilər". Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, xüsusilə mina xəritələrinin verilməsi, həmçinin əsirlərin geri qaytarılması məsələləri müzakirə oluna bilər.

“Brüssel görüşü də müəyyən dərəcədə etimad mühitinin formalaşmasına xidmət edir və belə bir görüşdən qaçmaq olmaz. Düzdür, Soçi görüşündə prinsipial məsələlər razılaşdırılıb, amma humanitar məsələlər qalıb və ola bilər bunlar Brüssel görüşündə razılaşdırılsın. Hesab edirəm ki, Brüssel görüşündə konkret olaraq mina xəritələrinin verilməsi, əsirlər məsələsi və digər məsələlər müzakirə predmeti olacaq. Həmçinin, Ermənistanın təkidi ilə ola bilsin ki, Qarabağ məsələsi ortaya çıxsın, amma Azərbaycan buna qəti şəkildə imkan verməyəcək”, deyə Məhəmməd Əsədullazadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə