Bölgədə aktual məsələlərin həlli istiqamətində böyük imkanlar var - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanın Soçi görüşündən gözləntiləri böyük idi. Görüşdə hansı nəticələrin əldə olunmasından əlavə, bu görüşün baş tutması cənab prezident İlham Əliyevin fikirlərinin həyata keçirilməsinə böyük zəmin yaradıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Deputatın sözlərinə görə, biz hər birimiz artıq 44 günlük Vətən müharibəsindən bu günə kimi dövlət başçılarının nitqlərindən artıq başa düşürük ki, tərəflər arasındakı münasibətlər nə yerdədir: “Rusiya prezidentinin cənab prezident İlham Əliyevi qarşılayarkən etdiyi jestlər, yanaşma tərzi bundan sonrakı situasiyalara daha çevik reaksiyaların olacağını göstərir”.

C.Paşazadə vurğulayıb ki, Soçi görüşü Zəngəzur dəhlizinin açılması, iki ölkə arasında delimitasiya və demarkasiya, Xəzəryanı ölkələrin logistika və bütün ticari məsələlərin həll olunmasında böyük önəm daşıyırdı: “Biz hiss edirik ki, artıq Xəzəryanı ölkələr bu məsələrdə fəaldırlar və bizə dəstək olurlar. Fikrimcə, sözügedən məsələlərin həlli istiqamətində böyük imkanlar var”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə