Dövlət Baxçalı xalqımıza başsağlığı verib

Türkiyənin Milliyyətçi Xalq Hərəkatı partiyasının sədri Dövlət Baxçalı helikopter faciəsilə əlaqədar Azərbaycan xalqına və dövlət başçısı İlham Əliyevə başsağlığı verib.

“Dost və qardaş ölkə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin Qaraheybətdə qəzaya uğraması nəticəsində 14 Azərbaycan əsgərimiz şəhid olub, 2 əsgərimiz isə yaralanıb. Dərdimiz ortaqdır, kədərimiz böyükdür.

Sözügedən helikopter qəzasında şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Şəhidlərimizin ailələrinə, cənab Prezidentə, cənab Baş Qərargah rəisinə və bütün Azərbaycan xalqına başsağlığı verirəm”, - SİA xəbər verir ki, bu fikirləri Baxçalı özünün “Twitter” səhifəsində yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə