YAP sıralarına yeni üzv olan gənclərlə görüş keçirilib - VİDEO

YAP Gəncə şəhər təşkilatı ADAU-nun İqtisadiyyat fakültəsində Yeni Azərbaycan Partiyasının sıralarına yeni üzv olan gənclərlə görüş keçirib. YAP Gəncə şəhər təşkilatı aparat rəhbəri Orxan Əhmədov tədbiri iştirakçılarını YAP-ın yaranmasının 29-cu, Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə təbrik edib, 44 günlük müharibədən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, partiyanın keçdiyi şərəfli yoldan danışıb.

Orxan Əhmədov deyib ki, tarixi zərurət nəticəsində yaranan YAP çox qısa müddətdə Azərbaycanda hakimiyyət partiyasına çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb.

“Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət Azərbaycan Respublikasının qarşısında geniş imkanlar açıb, yeni hədəflər müəyyənləşdirib”- deyə YAP Gəncə şəhər təşkilatının baş məsləhətçisi Hüseyn Budaqov çıxış edərək Gəncə gənclərinin Prezident, Yeni Azərbaycan Partiyanın sədri İlham Əliyevin ətrafında sıx birləşdiyini qeyd edib. Bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.

Universitetin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov bildirib ki, YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır. Ulu öndər ölkədə ictimai-siyasi sabitliyi təmin etdikdən sonra Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün partiyamızın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasındadır.

Tələbələr çıxışlarında YAP-ın üzvü olduqlarından qürur hissi keçirdiklərini dilə gətiriblər.

Sonda YAP sıralarına yeni üzv olan gənclərə partiya vəsiqələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...