Qırğızıstan portalı Azərbaycandan yazıb

Qırğızıstan “turktoday.info” portalı Azərbaycan Prezidentinin Soçiyə səfərini və orada keçirilən görüşlərlə bağlı rus dilində materiallar çap edib.

SİA xəbər verir ki, sayt Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirlən ikitərəfli görüş, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında olan üçtərəfli danışıqlara dair materialları da verib.

Portalda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin Bəyanat imzalaması ilə əlaqədar material yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə