Bütün bunlar Fransanın ikiüzlü siyasətindən başqa birşey deyil - EKSPERT RƏYİ

Bütün bunlar Fransanın ikiüzlü siyasətindən başqa birşey deyil - EKSPERT RƏYİ

"Fransa uzun illər erməni lobbisinin əsas təşkilatlandığı dövlətlərdən biri olub və bu tendensiya bu gün də davam etməkdədir. Erməni lobbisinin Fransanın həm daxili, həm də xarici siyasətinə təsir imkanına malik olması ona müstəqli qərarlar qəbul etməyə imkan vermir. Hər zaman özünü demokratiyanın beşiyi hesab edən Fransanın ermənilərə və Ermənistana belə böyük sevgi göstərməsinin arxasında da məhz bu amil dayanır. Bunu nəzərə alaraq deyə bilərik ki, istənilən erməni separatçı qüvvələrinin Fransa tərəfindən dəstəklənməsi və onlara meydan verilməsi prosesi bundan sonra da davam edəcəyinə şübhə qalmır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Ekspertin sözlərinə görə, əlbəttə ki, əli daima müsəlman qanına batmış Fransanın digər dövlətlərə demokratiya və insan haqları dərsi keçməsi, onun necə ikiüzlü siyasət yürütdüyünün bariz nümunəsidir: "Fransanın Ruandada, Əlcəzairdə törətdiyi qətillər insanlıq əleyhinə soyqırım cinayəti kimi qəbul edilir. Buna baxmayaraq Fransa tərəfi hər zaman özünü təmiz göstərməyə çalışır. Əlbəttə ki, tarix unudulmur. Bu qədər müsəlmanı qətl etmiş bir dövlətdən separatçılara dəstək verməkdən başqa bir əməl gözləmək mümkün də deyil".

Politoloq hesab edir ki, bütün dünya, hətta Fransanın özü də Azərbaycanın BMT-yə qəbulu zamanı onun ərazi bütövlüyünü tanıyıb və qəbul edib: Əgər, indi Fransa Azərbaycana qarşı belə absurd bəyanat səsləndirirsə, deməli onun xarici siyasət strategiyası hələ də qeyri-müəyyən olaraq qalmaqdadır. 1997-ci ildən bəri Fransanın ATƏT-in Minsk qrupunun üç həmsədrlərindən biri olması Azərbaycan ərazilərinin 30 ilə qədər Ermənistan tərəfindən işğal altında qalmasında əsas amil hesab edilir".

S.Hümbətov vurğulayıb ki, Fransanın xarici siyasətində terror və terrorçuluğa dəstək verilməsi bu günün və yaxud dünənin hadisəsi deyil: "Fransa ya terroru birbaşa özü həyata keçirib, yaxud da İŞİD və digər terrorçu qruplaşmalara dəstək verməklə dəstəkləyib. İŞİD-in Suriyada yeni meydana gəldiyi zaman Fransa tərəfindən ona verilən dəstək beynəlxalq sənədlərə də daxil edilib. Fikrimcə, bundan sonrakı mərhələdə Fransadan Azərbaycana qarşı doğru addım atılacağını gözləməyin özü belə yalnış olar".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə