Qərb də Fransadan istifadə etməyə çalışır - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"Açıq-aşkar görünür ki, Ermənistan dalana dirənib. 9 noyabr bəyənatından irəli gələrək bir sıra öhdəliklər, o cümlədən Zəngəzur dəhlizi və kommunikasiyaların açılması məsələsi gündəmdə duran məsələdir. Reallıq artıq Ermənistanın qapılarını döyür və Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Soçi və Brüsseldə iki həlledici görüşü gözlənilir". Bunu SİA-ya açıqlamasında Vüqar Əhmədov deyib.

Vüqar Əhmədov bu barədə fikirlərini belə izah edib: "Ermənistan Baş naziri hər nə qədər yayınmağa çalışsa da, artıq qaçacaq yeri yoxdur, çünki qarşıda duran məsələlərlə bağlı qərarlar verməlidir. Ona görə qərb də Ermənistanın havadarı olan və Qarabağ məsələsində qərəzli mövqedən çıxış edən Fransadan bu məqamda istifadə etməyə çalışır. Fikrimcə, Fransa qərbin aparıcı dövləti olaraq iki dövlət arasında nizamlanma prosesində daha ədalətli mövqe tutmalıdır, Azərbaycan cəmiyyətinin Fransadan gözləntisi hər zaman belə olmuşdur. Lakin görünür ki, Fransa prezidenti Makron bu həlledici məqamda Ermənistanı tərəf tutaraq Azərbaycana təzyiq göstərməyə çalışır. Lakin unutmayaq ki, Azərbaycan Fransa ilə hər zaman humanitar, siyasi və mədəni sahələrdə müsbət əlaqələrə malik olmuşdur".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə