Quba rayonunda şəhid Mehdi Murtuzovun xatirəsi anılıb FOTOLAR

Quba rayonunda şəhid Mehdi Murtuzovun xatirəsi anılıb FOTOLAR

YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov və partiya fəalları tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçərək, şəhadətə yüksəlmiş Quba rayonunun Alpan kəndindən olan qəhrəman vətən oğlu Murtuzov Mehdi Muxtar oğlunun ildönümü ilə əlaqədar ailəsi və Alpan kəndinin "Su-baba" məzarlığında məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb. Xatırladaq ki, Şəhidimiz cəbhənin Murovdağ-Kəlbəcər-Ağdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərərək, şəhid olub. Lakin onun nəşini döyüş bölgəsindən çıxarmaq mümkün olmamış və itkin düşməsi barədə məlumat verilmişdi. Bir müddətdən sonra döyüş yoldaşları Mehdinin nəşini aşkarlamış və 2020-ci il noyabrın 23-də götürməyə nail olmuşdu. Mehdi şəhadətindən 52 gün sonra, noyabrın 24-ü doğma Alpan kəndinin "Su-baba" məzarlığında torpağa tapşırılıb.

Murtuzov Mehdi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək Şəhidlik zirvəsinə ucalıblar.

Y.Abidov şəhid ailəsinin problemləri ilə maraqlanıb və ailəsinə səbr diləyib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə