Ermənistanın arxasında ABŞ və Fransa durur - PARTİYA SƏDRİ AÇIQLADI

“Son günlər sərhəddə törədilən təxribatlar iki məqsəd daşıyır. Birincisi, məlumdur ki, 2020-ci il noyabr ayının 10-da Rusiyanın vasitəçiliyi ilə sərhədlərin delimitasiyası və demarkasiyası barədə sənədlər imzalanmalı idi. Bildiyimiz kimi Paşinyan bu görüşdə iştirak etməkdən imtina etdi”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, noyabr ayının 16-da Ermənistan tərəfindən sərhəddə bir sıra təxribatlar törədildi: “Bu təxribatlar Rusiyanın Ermənistanı cəzalandırmaq, ona həddini göstərmək məqsədilə törədilən təxribatlar idi. Təsadüfi deyil ki, noyabr ayının 13-dəki təxribatdan sonra Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın müdafiə nazirini vəzifədən azad etdi və ordu ilə heç bir əlaqəsi olmayan birini müdafiə naziri təyin etdi.

Daha sonra Paşinyan heç bir şərt irəli sürmədən danışıqlara hazır olduğunu bildirdi. Bütün bunların fonunda düşünürəm ki, Rusiya məqsədinə çatdı. Bundan əlavə Ermənistan tərəfinin də törətdiyi təxribatlar var. Bu təxribatlar nisbətən kiçikmiqyaslı təxribatlardır. Ermənistan tərəfi bu kimi təxribatlar törətməklə Dünya Birliyinə mesaj göndərmək istəyir ki, münaqişə hələ də bitməyib: “Münaqişə davam edir. Nə qədər ki, Qarabağa status verilməyib, bu münaqişənin bitməsindən danışmaq qeyri-mümkündür. Təbii ki, bu prosesdə də Ermənistanın arxasında ABŞ və Fransa durur. Çünki onlar da eyni mövqedən çıxış edirlər”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə