“Ermənistanda keçirilən aksiyalar Ermənistan ordusunda baş verən böhranın məntiqi nəticəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, eyni zamanda bu aksiyalar Ermənistanın həyata keçirdiyi xarici siyasətin nəticələridir: “Ermənistan müharibədən sonrakı dövrdə çalışmalı idi ki, itkiləri bərpa etsin və yeni mərhələyə qədəm qoysun. Amma Ermənistan yenidən döyüşlərə, müəyyən təxribatlar törətməyə cəhd edir. Bu gün hələ də Ermənistan tərəfinin itkiləri tam açıqlanmayıb, bu günə qədər bu məsələ öz həllini tapmayıb. Ona görə də orduda narahatlıq və gərginlik var. Ordu bu gün bu məsələlərə öz reaksiyasını bildirir. Ermənistan hal-hazırda dərin böhran içərisindədir. Bu böhrandan çıxmaq üçün də Ermənistan hakimiyyəti bir yol axtarmır. Əksinə revanşizmə davam edir. Əlbəttə ki, bu da Ermənistanda olan siyasi, hərbi böhranı daha da dərinləşdirir.
Ümumiyyətlə Ermənistan siyasətini dəyişdirməlidir. Ermənistan hakimiyyəti, müxalifəti öz xalqının gələcəyini fikirləşməlidir. Bu gələcək birgə yaşayışdan, bölgədə sülh və əmin-amanlığın təşkil olunmasından, qonşu dövlətlərlə normal münasibətlərin qurulmasından keçir. Düşünürəm ki, təkcə hərbiçilər yox, növbəti günlərdə başqa qurumların nümayəndələrinin də bu kimi aksiyalar keçirmək ehtimalı var. Yəni Ermənistan növbəti təxribatlar barədə yox, xalqın özünə gəlməsinə çalışmalıdır. Bu gün bunun ağır nəticələrini də Ermənistan dadır”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB