Ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətində deyillər və olmayacaqlar ANALİTİK+AKTUAL

Bu gün yalnız erməni müxalifətçiləri deyil, həm də hökuməti hər vəchlə üçtərəfli bəyanatın icrasına ciddi maneələr törədirlər

Noyabrın 22-də Ermənistanın bir neçə siyasi-ictimai təşkilatlarının səhər saatlarından başlayaraq İrəvanın küçələrində etiraz aksiyaları keçirmələri və həmin aksiyalarda üçtərəfli bəyanatda vurğulanan şərtlərin icra olunmaması ilə bağlı tələblər irəli sürmələri bir daha göstərir ki, düşmən ölkədə revanşçılıq hissləri səngiməyib və bu amil Ermənistanı, bütövlükdə isə erməni xalqını daha ağır situasiyalara doğru sürükləyir. Qərbi Zəngəzur istiqamətindən Naxçıvana qədər dəhlizin açılmaması tələbindən tutmuş Qarabağdakı quldur rejimin fəaliyyətinin davam etdirilməsinə qədər cərəyan edən bütün olaylar, həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, Ermənistanın ictimai-siyasi rəyi ümumiyyətlə, ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirlər və niyyətləri də bu istiqamətə doğru köklənib. Eləcə də maraqlıdır ki, bu gün yalnız erməni müxalifətçiləri deyil, həm də hökuməti hər vəchlə üçtərəfli bəyanatın icrasına ciddi maneələr törədirlər – müxalifətçilər etiraz aksiyaları keçirməklə, hökumət isə zaman qazanmaq və çıxış yolları tapmaq vasitəsi ilə. Hansı ki, hər iki cinah dalana söykənib və əgər belə vəziyyət davam edərsə, bunun nəticəsi həqiqətən də, onlar üçün çox acınacaqlı ola bilər.

Vazgen Petrosyan: “Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya aparılacaqsa, bu zaman ermənilər ömürlük Qarabağ və Naxçıvan barədə unutmalıdırlar”

Bu arada, etiraz aksiyaları zamanı İrəvanın mərkəzi “Respublika” meydanında çıxış edən erməni politoloqu, “Ermənistanın xalq hərəkatı” adlı təşkilatının lideri elan edilən Vazgen Petrosyanın fikirlərinə də diqqət yetirmək olar. O, iddia edib ki, son illərdə ermənini “bizdən” “mənə” çeviriblər və bu vasitə ilə ona qalib gəliblər.

Revanşçı çağırışlar edən erməni politoloqu bildirib ki, Ermənistan gərək öz baxışlarını yenidən nəzərdən keçirsin. “Əgər biz istəyiriksə ki, səsimiz dünyada yenidən eşidilsin, əgər biz istəyiriksə dünyada öz yerimiz və rolumuz olsun, onda yenidən “biz” olmalıyıq”, deyə pafosla danışan Vazgen Petrosyan sözügedən xüsusda deyib ki, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya aparılacaqsa, bu zaman ermənilər ömürlük Qarabağ və Naxçıvan barədə unutmalıdırlar.

Daha bir erməni siyasətçisi “Çiçəklənən Ermənistan” partiyasından olan keçmiş deputat Arman Abovyan verlişlərin birinə çıxaraq həyasızcasına bəyan edib ki, ermənilərə zaman lazımdır və onlar Bakıya, Gəncəyə, eləcə də Azərbaycanın digər bölgələrinə qədər irəliləyərək “erməni torpaqlarına” yiyələnəcəklər. Bu məxluq Bakını “bakurakert”, Gəncəni isə “qandzak” adlandırıb və bildirib ki, Azərbaycanın dərinliklərinə qədər hər bir azərbaycanlı müharibənin onların evlərinə gələcəyini bilməlidirlər və bunun üçün ermənilər hərəkətə keçməlidirlər.

Göründüyü kimi, bu gün erməni ictimai-siyasi rəyində əsas çoxluq revanşçılıq, işğalçılıq meyilləri və qonşularının torpaqlarına göz dikmək xəstəliyi qalmaqda davam edir və bu xəstəliyin sağaldılması üçün mütləq alternativ variantların həyata keçirilməsi zərurətə çevrilir. Baxın, bütün dünya, beynəlxalq strukturlar və hüquq mərkəzləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, suveren hüquqlarını tanıyır, amma qədim Azərbaycan torpaqları üzərində qurulmuş saxta “Ermənistan”, hətta başı 44 günlük müharibədə əzilsə belə, yenə də həmin xəstəliyindən xilas ola bilmir. Və bu gün Zəngəzurda, Qarabağda erməni əsgərləri ölürsə, onların qanları heç də Azərbaycanın üzərində deyil, bu məsuliyyət, günah məhz bənzər çağırışlar edən daşnak xislətli, xəstə təxəyyüllü ermənilərin üzərindədir!

Bu xəstə məxluqlar öz kirli xislətlərinin və riyakar məramlarının başqa millətlərdə və xalqlarda da olduğunu sanırlar

Gəlin həmin xəstə təxəyyüllü erməninin digər ifadəsinə diqqət yetirək: “Əgər biz Azərbaycanın ərazi bütövlüyünü tanısaq türklərin (yəni azərbaycanlıların-R.R.) tələbləri onları Naxçıvanla bağlayacaq hansısa növbəti yolun verilməsi ilə bağlı olacaq. Bundan sonra pantürkist proqramı realizə ediləcək və Ermənistanın, erməni xalqının mövcudluğu yalnız zamanın sualı olaraq qalacaq”.

Bir daha göründüyü kimi, bu xəstə məxluqlar öz kirli xislətlərinin və riyakar məramlarının başqa millətlərdə və xalqlarda da olduğunu sanırlar, halbuki Azərbaycan dövləti heç vaxt başqalarının torpaqlarına göz dikməyib, işğalçı siyasət yürütməyib, təcavüzkarlıq meyillərindən uzaq olub, əksinə, Ermənistan və onun daşnak xislətli dövlət siyasəti, eləcə də xalqının böyük kəsimi həmin maraqlarla yaşayıb və fakt olaraq yaşamaqdadır. Özü də yalnız Azərbaycana qarşı deyil, Gürcüstana, İrana, Türkiyəyə, hətta Rusiyadakı vilayətlərə qədər torpaq iddialarında olan bu rüsvayçı, riyakar məxluqlar bütövlükdə regionun inkişafı və tərəqqisinə ciddi maneələr törədirlər.

Rövşən RƏSULOV

P.S. Və belə maneələrin aradan qaldırılması, birdəfəlik məhv edilməsi üçün isə bircə yol qalır...

Bütün xəbərlər Facebook səhifəmizdə