"Rusiya sərhədlərə qoşun yerləşdirmək istəyir" -MÜNASİBƏT BİLDİRİLDİ

"Rusiya sərhədlərə qoşun yerləşdirmək istəyir" -MÜNASİBƏT BİLDİRİLDİ

"Sülhməramlıların erməni təxribatlarına müdaxilə etməsi yolverilməzdir. Çünki bu dövlət sərhəddində baş verən proseslərdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Rusiya da istəyir ki, həmin ərazilərə də sülhməramlılar yerləşdirilsin yəni Ermənistanı tam qorumağa çalışır: "Təbii ki, Azərbaycan belə hallara razılıq verə bilməz. Amma bütün hallarda bu təxribatların arxasında Rusiyanın hərbi elitasının əli olduğuna heç şübhəm yoxdur. Onlar çalışırlar ki, Azərbaycan-Ermənistan qarşıdurması olsun və hər iki tərəfə silah satsınlar. Hər iki tərəfə siyasi təzyiq göstərsinlər, öz təsiri altında saxlasınlar. Yəni bütün bunların hamısı buna xidmət edir. Sərhəd bölgələrində sülhməramlıların olmasını istəyən Rusiyadır. Çünki Putin çıxış edəndə bu ifadəni işlədib: "Rus sülhməramlılarına ehtiyac var". Yəni onlar olanda sakitlik hökm sürür. Həmin sülhməramlılar adı ilə Azərbaycan-Ermənistan sərhəddində də Rusiya qoşunlarını yerləşdirsin. Azərbaycan bununla razılaşa bilməz. Ona görə də bu məsələlərdə bir qədər ehtiyyatlı davranmalıyıq. Yəni Rusiya bu məsələlərdən yararlanmaq üçünnə qədər çalışsa da biz buna yol verməməliyik. Rusiya sülhməramlıların da əsas məqsədi odur ki, Azərbaycan-Ermənistan arasında qarşıdurma olsun və onlar daha çox Azərbaycana siyasi təyziq göstərə bilsinlər. Ona görə bu məsələlərə daha ehtiyatlı yanaşmalıyıq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə