Gözlənilən Brüssel görüşünün pərdəarxası məqamları - EKSPERT RƏYİ

Gözlənilən Brüssel görüşünün pərdəarxası məqamları - EKSPERT RƏYİ

"Azərbaycan və Ermənistan rəhbərliyi 15 dekabrda Brüsseldə görüşəcəklər. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel "Şərq tərəfdaşlıq" sammitində iştirak etmək üçün tərəflərlə əlaqə saxlayaraq görüş üçün razılıq əldə edib". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elman Vəliyev deyib.

Ekspertin sözlərinə görə, "16 noyabr" eskalasiyası tərəflər arasında diplomatik danışıqları intensivləşdirdi: "Bu eskalasiya Ermənistanı sülhə yaxın durması üçün önəmli addım idi. Sual oluna bilər ki, Rusiya dura-dura Aİ iki tərəf arasında görüş təşkil edir? Axı atəşkəsi Rusiya bərpa elədi! 1 günlük eskalasiyadan sonra Rusiya tərəfi 10 Noyabr bəyanatının müddəalarının yerinə yetirilməsini qəti şəkildə bildirdi. Tərəflər arasında delimitasiya və demarkasiya məsələsinin həllində Rusiyanın rolu vardır".

E.Vəliyev vurğulayıb ki, tərəflər arasındakı Brüssel görüşü 10 Noyabr bəyanatının müddəalarını yerinə yetirmək üçün əsaslı konfrans deyil: "Aİ çoxdan maraqlı idi ki, özünü göstərsin ki, konflikti nizamlamaq üçün vasitəçi olsun. Brüssel görüşündə tərəflər insidentlərin qarşısını almaq üçün müdafiə nazirlərinin birbaşa əlaqəsini təmin ediləcək. Bu da önəmli addımdır. Artıq 3-cü tərəfin vasitəçiliyi olmadan birbaşa əlaqələr olacaq! Brüssel görüşündən sonra tərəflər bəyanatın müddəalarını yerinə yetirmək üçün addımlar atacaqlar!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə