Yeni reallıqlar fonunda hədəflərə çatmaq üçün yeniliklər labüd idi ŞƏRH

Yeni reallıqlar fonunda hədəflərə çatmaq üçün yeniliklər labüd idi ŞƏRH

Zamanın sınaqlarından çıxmış, dövlətin və xalqın etimadını layiqincə doğrultmuş Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın firavan gələcəyinin dünəni, bu günü və gələcəyi naminə öz fəaliyyətini göstərən siyasi partiyadır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev 2021-ci il martın 5-də partiyanın keçirilən VII qurultayında çıxışı zamanı bir çox məsələlərə toxunaraq Partiyamızın VII qurultayını ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu bildirmişdir.

YAP-ın VII Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Azərbaycan Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra ölkədə, o cümlədən bölgədə yaranmış yeni reallıqlara uyğun partiyada öz işini təkmilləşdirməyi hədəfləyib və bunların fonunda bir sıra vacib qərarlar qəbul olunub.

VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu isə ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlardan irəli gəlir. Gələn il Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi olacaq və partiya öz yubileyinə yeniləşmiş formatda, daha fəal qədəm qoyur. Yeni Azərbaycan Partiyası da hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilat olduğu üçün yaranmış yeni reallıqlar nəzərə alınaraq növbəti qurultayın çağırılmaq zərurəti yarandı. Qurultayda yeni Nizamnamənin qəbul edilməsi partiyanın yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Partiyanın rəhbər orqanlarında təmsil olunan üzvlərin fəal olması, ümumi işə öz töhfələrini lazımi formada vermələri artıq yeni dövrün tələblərindəndir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının rəhbər strukturlarından olan Siyasi Şuranın ləğv edilməsi və əvəzində digər rəhbər orqan olan İdarə Heyətinin optimallaşdırılması çox mühüm və düzgün qərar hesab edilə bilər. Partiyamızın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Tahir Budaqovun partiya Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilməsi YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərinin əsasının qoyulması və qarşıdakı dövrdə ardıcıl nailiyyətlərin əldə olunması baxımından xüsusi önəm daşıyır. Təsadüfi deyil ki, Tahir müəllim cəmiyyətdə Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə, dövlətə və dövlətçiliyə sadiq şəxsiyyət kimi tanınır.

Həmçinin, qurultayda yaşanan digər əlamətdar hadisə siyasi həmfikir olan partiyaların Yeni Azərbaycan Partiyasına qoşulması oldu. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır. Eyni zamanda, bu, onu göstərir ki, partiyamızın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər siyasi həmfikir partiyalar üçün də cəlbedicidir. Yeni Azərbaycan Partiyası yaranmış yeni reallıqlar fonunda hədəfə çatmaq üçün lazımı addımlar atmaqdadır. Yeni təyinatlar partiyamızın həyatında bu günə kimi rol oynamış insanlardır. Yeni Azərbaycan Partiyasının sonuncu qurultayında alınan qərara əsasən, burda çalışan şəxslərin əsas iş yeri partiya olmalıdır. Qəbul olunan qərardan açıq şəkildə görürük ki, qarşıda çox böyük hədəflər var. Partiyamızın Sədri İlham Əliyevin, o cümlədən, ölkəmizin Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının birinci müavini Mehriban xanım Əliyevanın bu istiqamətdə çox vacib tapşırıqları mövcuddur və bu tapşırıqların yerinə yetirilməsi ölkədə yaranmış yeni reallıqlardan irəli gəlir.

Misirxan Vəliyev

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə