Aleksey Fenenko: Sərhəddə eskalasiya Ermənistan rəhbərliyi üçün lazım idi - ŞƏRH

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Fenenko “Moskva-Baku” portalına şərhində Azərbaycan - Ermənistan sərhədində gərginliyin yaranmasının səbəblərindən danışıb.

“Azərbaycana bu eskalasiya ümumiyyətlə lazım deyildi. KTMT üzvü olan ölkəyə hücum və Rusiya ilə münaqişə nəyinə lazımdır? Amma Ermənistan rəhbərliyi üçün bu lazım idi. Ermənistanın baş naziri üçtərəfli bəyanatı yerinə yetirmək istəmir. Eskalasiya planlaşdırılırdı. Son bir ayda Ermənistanda hakimiyyətdən narazılıq açıq-aşkar artıb. Baş nazirin tutduğu xətti hərbçilərin bəyənmədiyi çox açıq-aşkar görünürdü. Və beləliklə, nəsə baş verməli idi. Bu eskalasiya Müdafiə Nazirliyinin sıralarında bəzi başların uçması üçün bir fürsətdir və bu, artıq baş verir. Paşinyan ona hədsiz dərəcədə vəfasız olan müdafiə nazirini vəzifəsindən uzaqlaşdırıb. İndi o, baş verən gərginliyi bəhanə edərək sədaqətsiz hərbçiləri məğlub etməyə davam edəcək. Bu bir məqamdır”.

Ekspertin fikrincə, ikinci məqam odur ki, bu eskalasiya ilə Nikol Paşinyan millətçilərə mesaj verdi: siz məndən tez qisas tələb edirsiniz, belə ordu ilə mümkün deyil, dözün, mənə 5-6 il vaxt verin, bu müddətdə ordumu bərpa edəcəm: “Ordunu bərpa edib-etməyəcəyi başqa sualdır. Amma əsas odur ki, o, məhz bu revanşın təxirə salınmasına nail olacaq”.

Tərcümə - Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə