Məlahət İBRAHİMQIZI: "YAP bölgəmizin ən güclü partiyasıdır" ŞƏRH

Məlahət İBRAHİMQIZI: "YAP bölgəmizin ən güclü partiyasıdır" ŞƏRH

"Həqiqətən də etiraf etməliyik ki, noyabr ayı, xalqımızın taleyində və dövlətçilik tariximizdə ən əlamətdar hadisələrlə dolu olan aydır. 8 noyabr Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər Günü, 9 noyabr Dövlət Bayrağı Günü, Azərbaycanın qalibiyyətinin və Ermənistanın məğlubiyyətini-təslimçiliyini özündə etiva edən sənədin imzalandığı 10 noyabr, 12 noyabr Konstitusiya Günü, 17 noyabr Dirçəliş Günü, 21 noyabr YAP-ın yaranması günü, 20 noyabr Ağdamın işğaldan azad olunması və s. Məhz noyabr ayının əlamətdar və əziz günlərlə dolu bayramlar ayına çevrilməsi mənsub olduğumuz Partiyamızın iqtidarı ilə olmuşdur". Bu fikirləri millət vəkili Məlahət İbrahimqızı böyük qələbələr qazanmış Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü ilə bağlı "Səs" qəzetinə açıqlamasında bildirib.

Məlahət İbrahimqızı bildirib ki, tarixə qızıl hərflərlə yazılmış bu hadisələr YAP-ın bütün zamanlarda xalqın və dövlətin milli maraqlarına xidmət etdiyini sübut edir: "Ötən dövrlər və bu gün Müdrik Liderimiz, bütün mənalı həyatını ölkəmizin çiçəklənməsinə, dövlətimizin güclənməsinə həsr etmiş, Ulu Öndərimizin uzaqgörənliklə söylədiyi "YAP dünənin, bugünün və gələcəyin partiyasıdır" fikirləri artıq gerçək həyatda sübut edilmişdir. Bu gün müzəffər xalqımız YAP-a ümumxalq partiyası kimi baxır. Fəxrlə deməliyik ki, Partiyamızın Lideri ölkəmizin Silahlı Qüvvələrinin müzəffər Ali Baş Kamandanıdır. 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər dövlətimizin rəhbərinin qüdrəti, nüfuzu, prinsipiallığı, qətiyyəti, yüksək dövlət idarəçiliyi və diplomatik gücü, xalqının və Milli Ordunun ona olan inamı və sarsılmaz birliyinin nəticəsidir. Bu mənada bu möhtəşəm qələbədə sözsüz ki, iqtidar partiyası olan YAP-ın böyük rolu və payı vardır. Bildiyimiz kimi, YAP-ın üzvlərinin əksəriyyəti gənclərdir. Bu partiya ötən dövr ərzində öz işini, nizamnamə və proqramını zamanın tələbinə uyğunlaşdırmışdır. Son illərdə ölkəmizdə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçiriləm uğurlu islahatlarda partiyamızda da əsaslı dəyişikliklər baş vermişdi. Bütün bu dəyişikliklər dövrün tələblərindən irəli gəlirdi. YAP bölgəmizin ən güclü partiyasıdır".

Millət vəkili Yeni Azərbaycan Partiyasının zəngin keçmişi olan partiya olduğunu diqqətə çatdırdı. Bu illər ərzində Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən YAP Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib: "Bu partiya çağdaş müstəqil dövlətimizin qurucusu Ulu Öndərimiz Heydər Əliyevin parlaq ideyaları və müdrik siyasəti, xeyir-duası ilə yaranmışdır ki, xalqlmızın ən ağır çətin günlərində dəfələrlə sınaqdan keçmiş, xalqını və dövlətini fəlakətdən və parçalanmaqdan qorumuş xilaskar bir partiyadır. Qeyd etdiyim kimi, hazırda bu partiyanın Lideri xalqın Müzəffər Sərkərdəsi İlham Əliyevdir. 2003-cü ildən bugünədək hətta beynəlxalq aləmdə böyük uğurlara imza atmış, dövlətinə və xalqına misilsiz uğurlar qazandırmış bir partiyadır. Heç də sirr deyil ki, səkkiz yüz minə yaxın üzvü olan partiyamızın hər bir üzvü mənsub olduğu partiya ilə qürur duyur. Bu gün gənclər kütləvi olaraq bu partiyaya üzv olmaq üçün müraciətlər edir. Onlar çox gözəl bilirlər ki, ölkəmizin və dövlətimizin parlaq gələcəyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır və bu partiyanın alternativi yoxdur".

Əminik ki, bu günlərdə ad gününü qeyd edəcəyimiz Yeni Azərbaycan Partiyası iqtidar partiyası olaraq bundan sonra da şərəf və ləyaqətlə xalqına və dövlətinə xidmət edəcəkdir, - deyə millət vəkili bildirib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə