“MK”: “Paşinyan Bakının zirehli və dəmir yumruğuna tuş gəldi” ŞƏRH+ANALİTİK
Rusiya nəşri 16 noyabrda Ermənistanla Azərbaycan sərhədində baş verən olayların səbəblərini şərh edib
Rusiyanın “Moskvokvskiy Komsomolets” (“MK”) nəşri noyabrın 16-da Ermənistanla Azərbaycan sərhədində baş verən qarşıdurmadan yazıb. Nəşr qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev məğlub edilmiş düşməninə qarşı yeni hərbi əməliyyatlar keçirmək fikrində deyildi və bunu planlaşdırmırdı. Baş verənlər isə, sadəcə, Bakı tərəfindən təlim-tərbiyə ölçüsü – Ermənistanın baş naziri Nikol Paşinyana “əməli xəbərdarlıq” idi. Yəni “şuluq etməyi yığışdır və yerinə dön!”.
“MK” yazır ki, bunun nəticəsində erməni lideri belə bir şəffaf “eyhamı” çox yaxşı anladı. Müdafiə nazirinin Bakını qıcıqlandıran Qarabağa səfərindən sonra o (nazir) dərhal kənara “uçdu”.
Bir müddət əvvəl Putinin təşəbbüsü ilə Əliyevlə növbəti görüş raundundan imtina edən Paşinyan isə Azərbaycanla dialoqa hazır olduğunu bildirdi – hətta aşağı olan iki ölkənin təhlükəsizlik şuralarının katibləri səviyyəsində olsa belə.
“İlham Əliyev bu düşməni sözəbaxan, bütün ambisiyalarını kənara atan kiçik partnyora çevirmək istəyir”
“MK” yazır ki, Azərbaycanın rəsmi nümayəndəsi Yaşar Əliyev BMT-nin Təhlükəsizlik Şurasındakı çıxışı zamanı bəyan etdi ki, rəsmi Bakının hədəfi Ermənistanla barış və sülh şəraitində yaşamaqdan ibarətdir və iki ölkə arasındakı münasibətlərin normallaşdırılmasına alternativ yoxdur.
Rusiya nəşri vurğulayır ki, rəsmi Bakı həqiqətən də Ermənistanla münasibətlərini normallaşdırmaq istəyindədir. Lakin hər şey məhz “normallaşdırmaq” məsələsindəki konkret şərtlərə söykənir: “Azərbaycan üçün özünün ənənəvi düşməni üzərindəki qələbəsi yetərli deyil. İlham Əliyev bu düşməni sözəbaxan, bütün ambisiyalarını kənara atan, psixoloji sındırılan və sakit, kiçik partnyora çevirmək istəyir. Müvafiq strategiyanın həlledici elementi Ermənistanın Bakı üçün komfort tranzit əraziyə çevirməkdən ibarətdir. İki ölkənin coğrafi əsasları bəlli olduğu kimi bir-birini bloklayır. Ermənistan Azərbaycanın öz ərazisi olan Naxçıvan Muxtar Respublikasının arasında yerləşir və buna “təbii maneə” törədir. Azərbaycanın Ermənistan üzərindən keçən birbaşa hava rabitəsi blokadası isə artıq yarılıb. İndi Bakı öz praktikasında bunu quru yolu marşrutunda da həyata keçirmək istəyir: bunun üçün faktiki dəhliz tələb edir. Formal olaraq yolun bu şəbəkəsi Ermənistanın ərazisi kimi qalacaq, ancaq reallıqda orada Azərbaycan gücləri dayanacaq”.
“İrəvan bu tələbin həyata keçiriləcəyini özü üçün alçaldıcı və suverenliyinə təhqir hesab edir...”
“MK” həmçinin yazır ki, Bakının nəzərincə həmin tələb yumşaqdır: “Yəni sərnişinlərin və yüklərin təhlükəsizliyi başqa necə mühafizə ilə təmin oluna bilər! Lakin İrəvan bu tələbin həyata keçiriləcəyini özü üçün alçaldıcı və suverenliyinə təhqir hesab edir...”
Qəzet qeyd edir ki, analoji təşəbbüs Ermənistan üçün nəzərdə tutulmur və buna görə də İrəvan fərqli mövqe göstərir. Nəşr Gorus-Qafan yolundakı Azərbaycan postlarından, gömrük məntəqələrindən yazır və Ermənistanın Zəngəzurdakı alternativ yollarının keçilməzliyinə işarə edir.
“Bakı və Ankara alyansı Ermənistanı nəqliyyat infrastrukturu elementindəki iqtisadi satellit rolunda görür”
“Bu kimi təzadlar əlavə detallar, hətta texniki məsələlər kimi görünə bilər. Lakin belə “texniki detallar” arxasında ümumi mənzərə dayanır. Azərbaycan “məğlub olan acısını çəkməlidir” prinsipi ilə fəaliyyət göstərir və Ermənistanı müxtəlif vasitələrlə regiondakı yeni quruluşa təslim olmağa vadar edir”, yazan “MK” sonda onu da vurğulayır ki, bu məsələdə Bakı və Ankara alyansı Ermənistanı nəqliyyat infrastrukturu elementindəki iqtisadi satellit rolunda görür.
“Kapitulyasiyanın şətrləri ilə de-fakto razılaşan baş nazir Paşinyan praktikada çılğınlıq nümayiş etdirir. Belə çılğınlıqlardan biri isə baş verdi – baş verdi və dərhal Bakının zirehli, dəmir yumruğuna tuş gəldi”, Rusiyanın “Mokskovskiy Komsomolets” qəzeti analitik şərhində yazıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB