“Müasir Azərbaycanın inkişafı” FOTOLAR

“Müasir Azərbaycanın inkişafı” FOTOLAR

YAP-ın təsis edilməsinin 29-cu ildönümü münasibətilə Gədəbəy rayon təşkilatında silsilə tədbirlər davam etdirilir.

17.11.2021-ci il tarxində YAP Gədəbəy rayon təşkilatı Yeni Azərbacan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə bağlı Gədəbəy rayon Heydər Əliyev mərkəzində 18 yaşına çatmış gənclərlə “Müasir Azərbaycanın inkişafı” mövzusunda elmi praktiki konfrans keçirildi. Konfransda çıxış edən, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev partiyanın yaranma tarixindən, keçdiyi inkişaf yolundan bəhs edib. R.Nağıyev qeyd edib ki, 1990-cı illərdə mövcud olan xaos və anarxiya ölkəni məhv olmaq təhlükəsi ilə üzləşdirmişdi. Ona görə də, xalq öz nicatını böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Bir qrup ziyalı Ulu Öndərə müraciət edərək Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasını xahiş etdi. Beləliklə, 1992-ci ilin noyabr ayında partiya yarandı və qısa müddət ərzində hakimiyyətə gəldi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmiz böhrandan xilas olaraq inkişaf yoluna çıxdı. Partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin güclü dövlətə çevrildiyini deyən R.Nağıyev dövlətimizin başçısının Qarabağın işğaldan azad olunması ilə ata vəsiyyətini yerinə yetirdiyi vurğulayıb. Deyib ki, bu gün Qarabağın dirçəlişi istiqamətində görülən işlər hər bir vətəndaşda qürur hissi doğurur.

Konfransda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev vurğuladı ki, bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil edir. Son 18 ildə ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Prezident İlham Əliyev dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə müstəqilliyimizi daha möhkəmləndirib. Ən əsası da odur ki, indi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.
Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir. Eyni zamanda, Cənubi Qafqazın lideri statusunu daşıyır. Tam müstəqil siyasət yürütməsi də respublikamızın beynəlxalq imicinə müsbət təsir edən əsas amillərdəndir. Vətən müharibəsindəki Qələbə isə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı.
Bu qələbə həm də vaxtilə milli istiqlal hərəkatında xalqımızın səsləndirdiyi arzu və istəklərin həyata vəsiqə almasıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu qələbə ilə ermənilərin bütün iddialarının qarşısını birdəfəlik aldı. İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz Ermənistana elə bir zərbə vurdu ki, bu ölkə bir daha işğal siyasəti yürüdə və Azərbaycana qarşı iddia ilə çıxış edə bilməyəcək.

“Müasir Azərbaycanın inkişafı” mövzusunda elmi praktiki konfransda mövzu ətrafında çıxış edənlər: Gədəbəy rayon Ağsaqqallar Şursının sədri Kərəm Məmmədov, Gədəbəy RİH başçısı müavini Vəfa Allahverdiyeva, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, dövlətimizin güclənməsi prosesindəki rolundan söhbət açdılar. Sonra konfrans diskussiya şəraitində davam edib, gənclərin sualları cavablandırıldı.

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə