“ABŞ demokratiya adından sadəcə soyuq bir silah kimi istifadə edir” - ŞƏRH EDİLDİ

“ABŞ demokratiya adından sadəcə soyuq bir silah kimi istifadə edir” - ŞƏRH EDİLDİ

“ABŞ-ın “Demokratiya sammiti”nə dəvət etdiyi ölkələrin əksəriyyətinin demokratik prinsiplərə heç bir adiyyatı yoxdur. Biz siyahı ilə tanış olanda görürür ki, siyahıda adı olan yəni dəvət edilmiş ölkələrin bir çoxunda avtoritar rejimlər mövcuddur, korrupsiya halları pik həddindədir, hətta bunların içərisində terroru dəstəkləyən və ərazisində çoxsaylı terror aktları baş verən dövlətlər də mövcuddur”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bildirib.

Onun sözlərinə görə, hansılar ki, adları bu terror qrupları ilə müştərək səslənir: “Biz onları adbaad təqdim edəcəyik. Bir sözlə, “demokratiya sammiti”nə dəvət almış ölkələrin əksəriyyətinin demokratiya və həmin sammitin məzmununa heç bir adiyyatı yoxdur. Amma digər tərəfdən demokratik inkişaf yolu tutmuş, demokratik inkişafa töhfə vermiş dövlətlərin bir çoxu isə bu tədbirə dəvət almayıblar. Siyahıya baxsaq görərik ki, bura Azərbaycanla yanaşı Türkiyə, Macarıstan və digər türkdilli dövlətlər də dəvət almayıblar. Bu o deməkdir ki, ortada müəyyənləşdirilmiş və qərəzli bir xətt mövcuddur. Bu xətt də ondan ibarətdir ki, ABŞ dünyada demokratiya adından sadəcə soyuq bir silah kimi istifadə edir və onun siyasətinə boyun əyməyən, maraqlarına cavab verməyən ölkələrə qarşı xüsusi bir kompaniya aparır.

Hesab edirik ki, indiki “demokratiya sammiti”ndə həmin üsul və vasitənin yenidən təkrar olunmasıdır. Yəni ABŞ-ın ayrı-ayrı ölkələrə qarşı təzyiq mexanizmi rolunda çıxış edir. Təsadüfi deyil ki, ABŞ-ın o siyahını elan etdiyi günlər İstanbulda türkdilli dövlətlərin Zirvə görüşünün keçirildiyi tarixə təsadüf edir və paralel şəkildə bu türkdilli dövlətlərə qarşı müxtəlif təzyiq, təbliğat-təşviqat vasitələri işə salınıb ki, bunlardan birinə də həmin “demokratiya sammiti”ni qeyd etmək mümkündür. Amma nəzərə almaq lazımdır ki, ABŞ-ın bu metodu, bu texnologiyası artıq köhnəlmiş texnologiyadır. Təqribən 80 ildən yuxarıdır ki, ABŞ Avropada və dünyanın müxtəlif ölkələrində bu cür yalnış texnologiyalar tətbiq edir. Amma dünya artıq bu üsulları çoxdan öyrənib və ona qarşı mübarizə aparmaq yollarını da bilir. Yəni ABŞ-ın bu təzyiq vasitələrindən istifadə etməsi ayrı-ayrı ölkələri öz yolundan döndərmir. O cümlədən nə Türkiyəni, nə də ki, Azərbaycanı öz yolundan döndərəsi deyil. Əksinə ABŞ-ın özünə belə deyək ki, özü haqqında neqativ bir rəy yaratmış olur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə