Vətən müharibəsi şəhidi Elşən Əhmədlinin şəhadətindən bir il ötür FOTOLAR
Vətən müharibəsi zamanı torpaqlarımızın azad olunması uğruda qəhrəmancasına şəhid olmuş Əhmədli Elşən Elbrus oğlunun ildönümü ilə əlaqədar YAP Oğuz rayon təşkilatının əməkdaşları, şəhid ailələri və qazilər, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri Oğuz Şəhidlər Xiyabanına gedərək, şəhidimizin məzarını ziyarət edərək, əziz xatirəsini yad ediblər. Sonra şəhidin ailəsini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanıb, ailəsinə səbr diləyiblər.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan snayperçi Elşən Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Əhmədli noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Elşən Əhmədli noyabr ayının 17-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elşən Əhmədli ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB