Rusiyalı ekspert: “Ermənistanda ikinci hərbi baza açmaq lazımdır” ŞƏRH

Rusiyalı ekspert, MDB ölkələrinin Qafqaz İnstitutunun rəhbəri Vladimir Yevseyev noyabrın 16-da Rusiyanın nəyə görə Ermənistana hərbi dəstək göstərməməsinin səbəblərini şərh edib. Yevseyev “Radio 1” efirinə müsahibəsində bildirib ki, hazırda Ermənistan silahlı qüvvələrində bərpa olunmaq tələbləri var və buna görə də irimiqyaslı hərbi əməliyyatlara hazır deyil.

Onun sözlərinə görə, Qarabağda münaqişənin yenidən başlayacağı halda Rusiya Ermənistanın tərəfində döyüşməkdən imtina edəcək, eyni zamanda ona görə də ki, erməni hakimiyyəti regionda gərginliyin azaldılması üçün heç bir addımlar atmır.

Yevseyev izah edib ki, Rusiyanın Ermənistanla ümumi sərhədləri olmadığı üçün orada - yəni Ermənistan sərhədlərində ikinci hərbi bazanın yaradılması məqsədəuyğundur.

“Gümrüdəki Baza Ermənistanın Azərbaycandan müdafiəsi üçün nəzərdə tutulmayıb. Daha əvvəl bu, ümumiyyətlə təklif olunmurdu”, deyə rusiyalı ekspert bildirib.

Qeyd edək ki, Ermənistan noyabrın 16-da Rusiyadan Azərbaycandan müdafiə olunmaq üçün hərbi dəstək istəmişdi və Moskva İrəvana müsbət cavab verməyərək, münaqişənin diplomatik yolla həllində dəstək göstərə biləcəyini bəyan etmişdi.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə