ATƏT-in Minsk Qrupunun həmsədrləri (ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev) Ermənistan-Azərbaycan sərhədində gərgin vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.
Bu barədə həmsədrlərin bazar ertəsi yaydıqları birgə bəyanatda deyilir.
“Həmsədrlər regionda son insidentləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələri dərin narahatlıqla izləyirlər. Həmsədrlər bütün tərəfləri təcili olaraq konkret tədbirlər görməyə çağırırlar”, – bəyanatda deyilir.
Həmsədrlər, tərəfləri, həmçinin, 2020-ci il noyabrın 9-da imzalanmış tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması haqqında birgə bəyanatla bağlı öhdəliklərə ciddi əməl etməyə çağırıblar.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 14-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə təxribata cəhd göstərib. Onlar noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB