"Keçirilən bu demokratiya oyununda yenə də həmin ironiya məsələləri qüvvədədir" -ŞƏRH EDİLDİ
“Amerika Birləşmiş Ştatları növbəti dəfə dünyaya demokratiya dərsi keçmək cəhdlərində uğursuzluğa düçar olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında deputa Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, beləki artıq biz onların belə demokratiya oyunlarının dəfələrlə şahidi olmuşuq və artıq tək bizdə yox dünyanın bir çox ölkələrində ABŞ demokratiya deyəndə ironiya qarşılanır: “Çünki kifayət qədər uzun müddət biz onların demokratik dərslərini və moizələrini eşitmişik amma əslində özlərinin yaratdığı bir çox münaqişə ocaqları, bir çox dövlətlərə, xalqlara gələn bəlalar hər birimizin gözü qarşısındadır. ABŞ-da keçirilən son prezident seçkiləri onu deməyə əsas verir ki, bu dövlətin dediyi ilə əməlləri arasında çox böyük uçurum var. Hələ də keçmiş prezident olan Donald Tramp keçirilmiş seçkini tanımır. Ümumiyyətlə cəmiyyətim ikiyə bölünməsi halları görünür və insanların yarısı seçkinin saxta olduğunu və ümumiyyətlə rəy sorğularında nəticələri tanımadıqlarını bildirir. Keçirilən bu demokratiya oyununda dırnaqarası yenə də həmin ironiya məsələləri qüvvədədir. Belə ki, ABŞ elə dövlətləri tədbirə dəvət etməyib amma elə dövlətləri dəvət edib ki, burda hər şey açıq-aydın görünür. Dəvət edilən dövlətlərin siyahısına baxanda və orda elə dövlətləri görmək olar ki, hətta siyasətlə məşğul olmayan insan belə anlayar ki, burda nələr isə yerində deyil. Ən əsası demokratiyadan əsər-əlamət olmayan ölkələr, digər dövlətlərin torpaqlarını işğal edən dövlətlər, digər dövlətlərlə konfliktlərdə olan ölkələr hal-hazırda bu sammitə dəvət olunub. Beynəlxalq hüquqa və onun prinsiplərinə riayət edən ölkələrin, inkişaf etmiş olan ölkələrin dəvət almamasının şahidiyik və bu yenə də özlüyündə ABŞ-ın bu məsələdə qeyri-səmimiliyini üzə çıxardır. Bunların heç biri hal-hazırda bizim ölkəmi maraqlandırmır. Bizim görüləcək işlərimiz çoxdur. Biz işğaldan azad etdiyimiz torpaqlarımızda yenidən qurma işləri görürük və Azərbaycan demokratik inkişaf yolundadır. Mənə elə gəlir ki, digər dost dövlətlərlə bir yerdə dəvət olunmamağımız bir tərəfdən həm də daha məntiqlidir. Orda olan bir çox dövlətlərlə bir arada olmaqdansa o tədbirdə iştirak etməmək daha məntiqlidir. Biz Azərbaycan Respublikası olaraq hətta dünyada yeni geosiyasi reallıq yaradan bir ölkəyik. Bu sahədə kifayət qədər uğurlarımız var. Bunu bütün dünya görür, dost ölkələr sevinir, bizi sevməyən ölkələrin isə bunu qəbullanmaqdan başqa çarələri yoxdur. Onların heç bir fikri bizi maraqlandırmır. Çünki biz işğaldan azad edilmiş bölgələrimizi yenidən qururuq. Regionda yeni geosiyasi reallıqlar yaradırıq. Bu məsələlərdə Azərbaycanın dəyişməz mövqeyi var. Azərbaycan demokratik sistemlə irəliləyir. Burada söz azadlığı da, plüralizm də var. Hətta Azərbaycanın elə dəyərlər var ki, o dövlətlərin bir çoxu bunu bizdən öyrənərək öz dövlətlərində tətbiq etməyə ehtiyacları var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB