Yevgeni Mixaylov: “Moskva Ermənistandan quldur birləşmələrinin qalıqlarının Qarabağdan çıxarılmasını tələb etməlidir”

Erməni tərəfindən atılan qumbara bir daha təsdiq edir ki, nə Rusiya sülhməramlıları, nə də Qarabağdakı Azərbaycan hərbçiləri kürəklərindən erməni terrorçularının xəyanətkar bıçaq zərbələrindən sığortalanmayıb.

Millətlərarası münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov “Caliber” analitik mərkəzinə belə deyib. Xatırladaq ki, noyabrın 13-də saat 07:12-də Xankəndi-Laçın avtomobil yolunda Ermənistan Respublikası sakini, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan Şuşa şəhəri ətrafındakı Daşaltı kəndi yaxınlığında xidmət edən Azərbaycan hərbçilərinə RQD-5 əl qumbarası atıb, həm də Rusiya sülhməramlılarının olduğu yerdə.

“Bu hadisə göstərir ki, ərazilərin erməni terrorçularından təmizlənməsi üçün hələ çox iş görülməlidir, onların çoxu qondarma “dinc və imkansız” sakinlər sırasına daxil olub. Üstəlik, demək istəyirəm ki, bu, ilk dəfə deyil rus hərbçilərinin arxasında gizlənən erməni separatçıları əldə edilmiş bütün razılaşmaları pozurlar. Bununla bağlı tədbir görülməlidir və nə qədər tez olsa, bir o qədər yaxşıdır. Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə qeyri-qanuni separatçı birləşmələrin yerləşdiyi vəziyyət nə qədər davam edərsə, bir o qədər də təxribat törədiləcək və ölənlər olacaq.

Düşünürəm ki, bu iş 2020-ci il noyabrın 10-dan dərhal sonra getməli olanların tərksilah edilməsinin sürətləndirilməsinə gətirib çıxaracaq. Bundan əlavə, vəziyyət daha da pisləşəcək, xüsusən də, rəsmi İrəvanın Qərbə daha çox rəğbət bəsləməyə çalışması və İrəvanda Rusiya əleyhinə nümayişləri açıq şəkildə dəstəkləməsi fonunda”,- Yevgeni Mixaylov bildirib.

Rusiyalı ekspertin fikrincə, rəsmi Moskvanın reaksiyası kifayət qədər sərt və məzmunlu olmalı, Ermənistan tərəfinə bu cür hadisələrlə bağlı barışmaz mövqeyini bildirməlidir.

“Bundan başqa, Moskva Ermənistandan Qarabağdakı sülhməramlıların məsuliyyət zonasında olan ərazilərdən separatçı quldur birləşmələrinin qalıqlarının çıxarılmasına dair razılaşmaların yerinə yetirilməsini tələb etməlidir”,- deyə ekspert yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə