"Rusiya konkret olaraq Ermənistana təyziq etməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ
“Ümumiyyətlə Ermənistan artıq 10 noyabr və 11 yanvarda qəbul edilən razılaşmalara əməl etməməyə çalışır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
O bildirib ki, Ermənistan sənədlərin delimitasiya prosesindən yayınır və atəşkəsi mütamadi olaraq pozur, təxribatlara əl ataraq bu prosesdə konkret olaraq vəziyyəti gərginləşdirir: "Bunun da əsas səbəbi ondan ibarətdir ki, Ermənistan artıq normallaşma prosesinə kənardır və dövlət səddində müəyyən üstünlüyü əldə edib danışıqlar prosesində əlini gücləndirməyə çalışır amma göründüyü kimi Azərbaycanın adekvat cavabları Ermənistanın bu siyasətinin də konkret qarşısını alır. Bundan əlavə Rusiyanın da bu məsələdə artıq manipulyasiya etdiyini və Ermənistan-Azərbaycan arasında vasitəçiliyə ikili standartlarda yanaşdığını görürük.
Rusiya göründüyü kimi sülhün əldə edilməsində bir o qədər də maraqlı deyildi. Çünki Ermənistanı bu müharibədə ağır məğlubiyyətdən konkret olaraq Rusiya qurtarıb və Rusiya Ermənistana cavabdehdir. Ona görə də Rusiya konkret olaraq Ermənistana təyziq etməlidir. Əgər Rusiya təyziq etməzsə təbii ki, Azərbaycan təyziq edib əldə olunan razılaşmaları həyata keçməsinə çalışacaq. Ona görə də Ermənistanın bu planları müvəqqətidir və fiaskoya uğrayacaq. Müstəqillikdən bu yana bütün proseslər Azərbaycanın maraqlarına xidmət edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB