“Prezidentin Sammitdəki çıxışı bir çox vacib məqamlarla yadda qaldı” - DEPUTAT AÇIQLADI
“Azərbaycan hər zaman türkdilli dövlətlər arasında siyasi, mədəni və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verib. Təsadüfi deyil ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının formalaşmasında, bu quruma üzv ölkələr arasında əlaqələrin inkişafında ən ciddi rol oynayan liderlərdən biri məhz Prezident İlham Əliyevdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, cənab Prezident təşkilatın inkişafı, bu quruma üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üçün hər zaman səylə çalışıb: “Cənab İlham Əliyevin 2009-cu ildə Naxçıvanda Şura təsis olunarkən çıxışını yaxşı xatırlayırıq. Həmin çıxış o dövrdə konseptual xarakter daşıyırdı. Bugünkü uğurun yolu məhz o dövrdə cızılmışdı. O dövrdən başlayaraq türkdilli dövlətlər arasında əlaqələr və əməkdaşlıq daha da genişlənməyə və inkişaf etməyə başladı. Müxtəlif sahələr üzrə yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirildi. Cənab Prezident İlham Əliyevin Türkdilli dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində səyləri atdığı addımlar tam əsas verir ki, bu şura çərçivəsində onun fəaliyyəti yüksək qiymətləndirilsin. Bu qiymətləndirmə Cənab Prezidentin bu Şura çərçivəsində fədakar əməyinin, atdığı addımların, gördüyü böyük işlərin nəticəsidir”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Vətən Müharibəsi bu əməkdaşlığın inkişafının nə qədər böyük önəm daşıdığını bir daha göstərdi: “İlk gündən Azərbaycana dəstəyi məhz bu Şuraya üzv olan ölkələr verdi. Azərbaycanın yanında olduqlarını dəfələrlə vurğuladılar. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərə baş çəkdilər, erməni vəhşiliyini qətiyyətlə pislədilər. Möhtərəm Prezident İlham Əliyevin Sammitdəki çıxışı bir çox vacib məqamlarla yadda qaldı, Şura üzvlərinin Azərbaycana dəstəyini yüksək qiymətləndirdi. Zəngəzur dəhlizinin açılması ilə bu əlaqələrin daha da genişlənəcəyini xüsusi vurğuladı”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB