Xankəndi-Laçın yolu insident səbəbindən bağlanıb. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus RİA Novosti məlumat yayıb.
“İnsident nəticəsində hazırda Xankəndi-Laçın dövlətlərarası avtomobil yolu hər iki istiqamətdə bağlanıb”, deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Rusiya sülhməramlıları ilə birlikdə nəqliyyat əlaqələrinin rahat təşkili üçün Azərbaycan tərəfi ilə danışıqlar aparılır.
Bildirilir ki, hadisənin təfərrüatları daha sonra ictimaiyyətə açıqlanacaq.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB