"Prezidentin Şuşa səfəri mesajları xüsusi çalarlar daşıyırdı" - EKSPERT RƏYİ
“Qələbəmizin ildönümündə Prezident İlham Əliyevin Şuşa səfəri mesajları əhəmiyyətliliyi baxımından xüsusi çalarlar daşıyırdı. Şuşanın fatehləri, general Hikmət Mirzəyevin komandanı olduğu xüsusi təyinatlı qoşunların və digər qoşun birləşmələrinin zabitləri qarşısında çıxış edən Ali Baş Komandan bir daha təlxək Paşinyanın və Qarabağ klanının Azərbaycan xalqının və ordusunun heysiyyatına toxunan sərsəm bəyanatlarını xarırlatdı. Ermənistanın əbədi olaraq məğlub xalq statusunu daşıyacağını və igidlərimizin onların qorxulu röyalarına çevrildiyini söylədi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
.jpg)
Politoloqun sözlərinə görə, hərb tarixinə və hərbi dərsliklərə yazılacaq Şuşanın fəth olunma taktikasından söz açan Prezident, XTQ-nin komandanı general Hikmət Mirzəyev fenomenindən söz açdı, igidlərimizin rəşadətindən bəhs etdi: “Bütün bu mesajlar, ümumilikdə ilk Zəfər bayramının tarixi Şuşa şəhərində qeyd edilməsi və atəşfəşanlıq bir neçə aspektdən önəmlidir. Əvvəla 8 noyabr bildiyimiz kimi qəhrəman əsgərlərimizin Qala şəhəri ola Şuşaya daxil olduqları, yəni müqəddəs şəhidlərimizin qanları bahasına azad olunduğu gündür. İkincisi Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır. Bu əziz gündə dövlətimizin sevincini paylaşmaq və xalqımızı təbrik etmək üçün gələn yerli və xarici qonaqları, o cümlədən Türkiyə müdafiə naziri Hulusi Akarı prezident Şuşada qəbul etdi”.
Z.Qarayeva vurğulayıb ki, Şuşadakı bayram tədbirləri, atəşfəşanlıq, ermənilərin sərsəm bəyanatlarına və Paşinyanın məlum kef məclisindəki rəqsinə, Şuşanın əsil sahiblərinin kim olduğunun nümayişi oldu: “Tədbirlərdə Şuşa ətrafında və ümumiyyətlə, Qarabağda Vətənin keşiyində duran əsgərlərin iştirakı, zabitlərin dolğun çıxışları fonunda atəşfəşanlıq, Azərbaycanın iqtisadi və hərbi gücünün, mənəvi-psixoloji mətinliyinin göstəricisi oldu. Bu atəşfəşanlıq Ermənistana və dünyaya, dövlətimizin bütün bölgələrinin diqqət mərkəzində olduğunun bəyan olunması idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB