“Arşak Karapetyanın Qarabağda səfərdə olması təxribatdır” POLİTOLOQDAN AÇIQLAMA
“Son dövrlər Ermənistan rəsmilərinin Azərbaycan ərazilərinə qanunsuz gəlişi alınmırdı. Noyabrın 10-da üçtərəfli birgə Bəyanatdan sonra yəni ötən bir il ərzində bu cür olmuşdur”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Onun sözlərinə görə, Ermənistanın müdafiə naziri Arşak Karapetyanın noyabrın 6-dan 8-ə kimi Qarabağda səfərdə olması və Rusiya sülhməramlılarının nəzarət etdiyi zonaya gəlməsi birbaşa təxribatdır: “Arşak Karapetyanın burada Ermənistan silahlı qüvvələrinin qalıqları ilə görüşməsi və bir sıra hərbi qulluqçuları təltif etməsi müəyyən suallar doğurur. Eyni zamanda, bunun məhz Şuşanın işğaldan azad olunması, yəni 8 noyabr tarixində edilməsi tamamilə təxribatçı bir hərəkətdir və buna qarşı çox ciddi addımlar atılmalı, adekvat şəkildə cavab verilməlidir. İlk növbədə, bu məsələlər Rusiya sülhməramlıları ilə razılaşdırılmalıdır. Çünki Rusiya sülhməramlılarının kifayət qədər təsir imkanları var ki, bu tipli təxribatlar qeydə alınmasın. Eyni zamanda, Rusiya müdafiə nazirliyi və Rusiya müdafiə nazirliyinin baş qərargahı ilə təmaslar qurulmalıdır ki, bu tipli səfərlər ümumiyyətlə, baş verməsin. Çünki Azərbaycan tərəfi bu məsələlərə həssaslıqla yanaşır və bu cür səfərlər regionda gərginliyin artırılmasına xidmət etməklə yanaşı, həm də Ermənistan tərəfini daha da ruhlandırır”.
İlyas Hüseynov onu da bildirdi ki, Ermənistan rəsmilərinin xüsusilə də, hərbi-siyasi rəhbərlikdə təmsil olunan şəxslərin bu tipli səfərləri qeydə alınmamalıdır: “Bu tipli səfərlər həm də regionda yeni yaranmış geosiyasi reallıqlara mənfi təsir göstərir. Belə ki, hazırda danışıqlar masası üzərində Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası, regionda nəqliyyat və kommunikasiya xətlərinin aşılması ilə bağlı məsələlər müzakirə olunur və bu cür səfər Ermənistanın müdafiə nazirinin sülhməramlıların nəzarət etdiyi zonaya səfəri danışıqlar prosesinə də məni təsir göstərir, müəyyən təmasların qurulması ilə bağlı cəhdlərin də minimallaşdırır. Bildiyiniz kimi, baş nazirlərin müavinləri səviyyəsində işçi qrupu mütəmadi olaraq görüşlər keçirir və burada önəmli məsələlər müzakirə olunur. Lakin Ermənistanın müdafiə nazirinin səfəri tərəflər arasında etimad atmosferinin yaranmasına mənfi təsir göstərir. Bu tipli səfərlər rəsmi Bakı tərəfindən də qınanılmalı və daha kəskin və sərt addımlar atılmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB