“Biz bu torpaqların əsl sahibi kimi yeni tarix yazırıq” - ŞƏRH EDİLDİ
“Son bir neçə yüz ildə Azərbaycan heç vaxt indiki qədər güclü və ciddi siyasi təsir imkanına malik olmayıb. Təbii ki, baş verənlər tarixi proseslərin təbii gedişinin nəticəsi deyil”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, yeni reallıq cənab Prezident İlham Əliyevin rəhbərliyi altında uzunmüddətli qətiyyətli hazırlıq, uğurlu daxili və xarici siyasət kursunun ardıcıl və davamlılığının təmin olunmasının, siyasi suverenliyin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin tam təmin olunması nəticəsində meydana çıxıb: “Bu isə yekun mərhələdə güclü, müstəqil amma işğala məruz qalmış Azərbaycan ilə zəif və asılı marionet olan təcavüzkar Ermənistanın konfrontasiyası fonunda Cənubi Qafqazda işğal və təcavüz amilinin, separat meyillərin sonu demək oldu. Azərbaycan hərbi-siyasi yolla reallığı dəyişməklə yalnız öz ərazilərini işğaldan qurtarmadı, həm də bəşəri idealların aliliyini təmin etdi. Bu mənada 8 noyabr Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik bir gün olmaqla, bütövlükdə bölgə üçün yeni mərhələnin başlandığı gün hesab edilməlidir”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycanın cənab Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi qələbəsi ilə region dövlətləri üçün təhdid və işğal meyarlarının yarada biləcəyi təhlükənin aradan qalxması baxımdan mühim presedent yaratdı: “Bu gün artıq münaqişə keçmişdə qalıb. Son bir ildə münaqişənin yenidən alovlandırılması cəhdlərinin hamısı fiaskoya uğrayıb. Proseslərin gedişatı sübut edir ki, post-münaqişə dövrü Azərbaycanın öndərliyindəki reallıq dayanıqlıdır və proseslərin inkişaf istiqamətlərini cənab Prezident İlham Əliyev müəyyən edir. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda sürətli quruculuq bərpa prosesi davam edir. 30 il daşı-daş üstündə qoymayanlardan fərqli olaraq biz bu torpaqların əsl sahibi kimi hər iki bölgəmizdə yeni tarix yazırıq”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə