“Qlobal Bakı Forumu mühüm tarixi əhəmiyyətə malikdir” ALYANS SƏDRİ ŞƏRH ETDİ
Cənab Prezident İlham Əliyevin növbəti qlobal təşəbbüsü nəticəsində keçirilən Qlobal Bakı Forumu, dünya dövlətləri qarşısında dayanan ən aktual məsələlər ətrafında fikir mübadiləsi məkanına çevirilib. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova deyib.

Alyansın sədri vurğulayıb ki, tarixi qələbəmizin ildönümü ərəfəsində baş tutan VIII Qlobal Bakı Forumu Cənubi Qafqazda yaranan yeni geosiyasi mənzərə, bölgədəki reallıqların obyektiv qiymətləndirilməsi və ölkəmizin nəinki regional miqyasda, hətta dünya miqyasında böyük nüfuza mailk olduğunu nümayiş etdirdi.
“Möhtərəm Prezident bütün beynəlxaq tribunalarda çıxışlarında olduğu kimi, Qlobal Bakı Forumunda da ölkəmiz üçün ən aktual məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq, Ermənistanın 27 il ərzində apardığı qeyri-konstruktiv siyasəti, onun status-kvonu saxlamağa çalışması, Azərbaycana qarşı yeni işğal planları və bütün bu proseslər fonunda beynəlxalq ictimaiyyətin səssizliyi və kağız üzərində qalan BMT qətnamələrinin Azərbaycanın öz tərəfindən yerinə yetirildiyini vurgulayıb:
“Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa etməsəydi, beynəlxalq ictimaiyyətin laqeyd münasibəti şəraitində bu münaqişə hələ uzun illər həllini tapmamış qalacaqdı”.
Cənab Prezident Forumda nitqində xüsusi olaraq qeyd edib ki, 2021-ci il sentyabrın 27-də müharibənin başlamasının əsas səbəbləri məhz Erməniastanın ziddiyyətli siyasəti, o vaxtkı status-kvonu qoruyub saxlamaq cəhdi, yeni müharibə və yeni işğal planları olubdur:
"Ermənistan rəhbərliyinin qarşısında dəfələrlə şərt qoyuldu ki, işğal edilmiş ərazilərdən qoşunların çıxarılması ilə bağlı cədvəl versin, lakin 44 günlük müharibə, 7 min əsgərin ölümü və acı məğlubiyyət lazımıydı ki, onlar bunu başa düşsünlər."
Prezident post-münaqişə dövründə regionda genişmiqyaslı dövlət proqramının həyata keçirildiyini vaxtda Azərbaycanın konstruktiv təkliflərinin, slüh təşəbbüslərinin Ermənistan tərəfindən cavablandırılmaması, demarkasiya və delimitasiya işlərinə başlanmamasını xüsusi olaraq vurğulayıb:
“Mən bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa hazırıq və sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir. Demək olar ki, 1 ildir ki, onlar yenə də sükut saxlayırlar. Onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər."
Beləliklə, cənab Prezident İlham Əliyevin himayəsi ilə keçirilən Qlobal Bakı Forumu Cənubi Qafqazda yaranan yeni geosiyasi mənzərə, bölgədəki reallıqların obyektiv qiymətləndirilməsi və Azərbaycanın dünyadakı nüfuzunu gücləndirilməsi baxımından mühüm tarixi əhəmiyyətə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB