Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində bildirmişdi: “Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”.
Bu gün xalqımız böyük sevinc və qürurla Zəfər Günü ərəfəsindədir. Bu Zəfər xalq-iqtidar-ordu birliyinin Şanlı Zəfər Qələbəsidir. Bu Zəfər milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq. Çünki bu Zəfər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin «Dəmir yumruq» əməliyyatına əməl edən güclü Azərbaycan ordusunun rəşadətli əsgər və zabitlərinin yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Dövlət başçımızın dediyi kimi, 2020-ci il Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, 30 illik həsrətə son qoyulan Qarabağ Azərbaycandır əsl sahibinə qaytarıldı.
Azərbaycan Prezidenti İlham Əliyev 18 illik Prezidentlik fəaliyyətində ancaq və ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər söz, hər kəlməsi, güclü ordumuzun, rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir olmağımız, 30 illik həsrətimizə son qoyulmağımız olub. Azərbaycan Prezidentinin dediyi kimi: “Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər”.
Budur siyasət, budur hər bir azərbaycanlının Prezidenti olmaq və «Dəmir yumruq» siyasətinin gücü. Çünki bu gün Azərbacan dövləti nə o dövlətdir, ordusu da nə o ordu deyil, nə də xalqın düşüncəsi əvvəlki düşüncə deyil. Məhz xalq, ordu öz lideri ətrafında sıx birləşərək 44 gün ərzində mənfur düşmənin əksər texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vuruldu, ordusu darmadağın edildi, Azərbaycan əsgərləri onları iti qovan kimi qovdu.
“Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!»,-deyən şanlı tarixin yazılmasının əsas memarı - Ali Baş Komandan, qalib sərkərdə İlham Əliyev cənablarının son 18 ildə yumruq siyasəti nəticəsində, xalq-iqtidar-ordu birliyinin yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşərək möhkəmləndi, 30 ildə həlli mümkünsüz olan qondarma DQ adlı problem məhv edildi, Qarabağ münaqişəsinə xalqımızın Zəfəri ilə NİDA! qoydu.
Xoş xəbərləri xalqına özü birbaşa çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər işğaldan azad olan torpaq müjdəsini səsləndirəndə “Qarabağ Azərbaycandır!” deyərkən simvolik olaraq yumruğunu da qaldırdı. Bunun da məntiqli mənası odur ki, həmrəy olub bir yumruq kimi birləşib Qarabağı düşməndən azad etdik. Bu birliyin köməyinə həmrəylik gəldi. “Dəmir yumruq” həmrəylik gücümüzün simvoluna çevrildi. Həmrəylikdən gələn 30 illik haqq yolu dəmir yumruğa çevrilib düşmənin saxtalaşdırdığı illərin yalanını üzə çıxardı. Ədalətimizi həmrəylik gücü ilə bərpa etdi. Qarabağ münaqişəsinə liderimizin diplomatik siyasəti, xalqımızın, ordumuzun zəfəri ilə NİDA! qoyduğu gündür. Zəfər qələbəmizlə, yekdil birliyimizlə, həmrəyliyimizlə Zəfər günümüz mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!
RAMİZ ŞABANOV,
YAP Tərtər rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB