"Forum Azərbaycanın güclü dövlət olmasına bir işarədir" - DEPUTAT ŞƏRH ETDİ
“Bilirik ki, Azərbaycan artıq bölgədə yeni reallıq yaradan bir ölkədir. Ölkəmiz bütün sahələrdə dünyada artıq xüsusi nüfuza malik bir ölkə imicini formalaşdırıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.
Onun sözlərinə görə, biz bu kontekstdən baxanda artıq ölkəmizdə böyük beynəlxalq tədbirlər, böyük idman yarışları, humanitar forumlar, dünyada çəkisi olan ölkə rəhbərlərinin Azərbaycandakı görüşləri artıq onu deməyə əsas verir ki, Azərbaycan dünya miqyasında xüsusi çəkili bir ölkədir: “Artıq 8-ci Qlobal Bakı Forumu təşkil olunub. Keçirilən forumda dünyada baş verən qlobal hadisələrə reaksiya verən məkan kimi Bakının seçilməsi və yenə də Bakının bu sahədə öndə olması və keçmiş prezidentlər, baş nazirlər, parlament sədrləri və beyin mərkəzləri rəhbərlərinin bu tədbirdə iştirakı onu deməyə əsas verir ki, artıq belə siyasətçilər Azərbaycana çox böyük önəm verirlər”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, həmin tədbirdə cənab Prezidentin çıxışı yenə də beynəlxalq aləmdə rezonans doğurub: “Onu demək olar ki, cənab Prezident dünyadakı koronavirusla bağlı baş verən hadisələrə, vaksinlərin ədalətli bölgüsünə ilk reaksiya verən ölkələrdən biri Azərbaycanın olduğunu xüsusilə vurğuladı. Cənab Prezident çıxışında həmçinin qeyd edib ki, ölkəmizdə “Sinovac” və “Pfizer” vaksinindən istifadə edilir. Bu dövlətin vətəndaşın sağlamlığını qorumaq üçün atdığı ən vacib addımlardan biridir. Sevindirici haldır ki, artıq Azərbaycan vətəndaları üçüncü doza olur. Ölkəmiz bu sahədə dünyada öncül ölkələrdən biridir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işləri həyata keçirən ölkədir. Məhz görülən bu və ya digər tədbirlər nəticəsində Azərbaycanda sərt karantin rejimi yumşaldılıb. Onu da qeyd edim ki, ölkəmizdə bu cür forumların keçirilməsi Azərbaycanın dünyaya ədaləti, sülhü, bərabərliyi, humanitar dəyərləri, özünüyaşadan bir ölkə kimi özünü göstərməkdədir. Bu həm də Azərbaycanın güclü dövlət olmasına bir işarədir”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB