"Üçtərəfli görüşdə Zəngəzur dəhlizinin açılması gündəmdə olacaq" - DEPUTAT AÇIQLADI

"Üçtərəfli görüşdə Zəngəzur dəhlizinin açılması gündəmdə olacaq" - DEPUTAT AÇIQLADI

“Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşündə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixində imzalanmış bəyanatın bəndləri müzakirə olunacaq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.

Onun sözlərinə görə, həmin sazişdəki icra olunmayan bəndlərin müzakirəsi gözləniləndir: “Bundan əlavə Rusiya ilə Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməməsi məsələləri var. Hesab edirəm ki, Azərbaycan tərəfi olaraq biz bu məsələləri qaldıracağıq. Həmçinin Zəngəzur dəhlizinin açılması gündəmdə olacaq. Ən vacib məsələlərdən biri bu gün hələ də Azərbaycan ərazisində 30 ildir ki, öz mövcudluğunu saxlayan separatçı, cinayətkar, terrorçu qurumun qalması məsələsi gündəmə gətiriləcək. Azərbaycan ərazisindən separatçıların, cinayətkarların, terrorçuların təmizlənməsi məsələsi hesab edirəm ki, Azərbaycan tərəfindən tələb kimi qoyulacaq. Bununla yanaşı sülh razılaşması məsələsi, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi gündəmdə olan məsələlərdir. Hesab edirəm ki, burada eyni zamanda Rusiya sülhməramlılarının sülhməramlılığa aid olmayan, Azərbaycan qanunlarına zidd olan separatçılarla əməkdaşlıq məsələləri də ciddi şəkildə müzakirə olunacaq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə