“Aramızda seçki qarşıdurması olub”
“Etibar Məmmədovla heç vaxt dost olmamışıq. Universitetin tarix fakültəsində oxumuşuq. Etibar Məmmədov məndən 1 kurs yuxarı, Pənah Hüseyn isə 1 kurs aşağı oxuyurdu. İkinci kursda oxuyanda Azərbaycan Tarixi Dərnəyinə qoşuldum. Pənahla da, Etibarla da orada tanış olmuşam”.
SİA xəbər verir ki, bunu Müsavat Partiyasının sabiq başqanı, təşkilatın Məclis üzvü İsa Qəmbər AMİP lideri Etibar Məmmədovla hansı səbəblərə görə münasibət saxlamamasına aydınlıq gətirərkən bildirib.
Müsavatın eks-başqanı vaxtilə Etibar Məmmədovla münasibətlərinin normal olduğunu deyib, lakin sonrakı siyasi proseslərdə fikirlərinin uzlaşmaması səbəbindən bu münasibətlərin pozulduğunu bildirib. “Etibar Məmmədovla hərəkat dövründə kifayət qədər yaxın olmuşuq. Sonradan mövqelərdə fərqlər atdığına görə... Aramızda seçki qarşıdurması da olub”, deyən İsa Qəmbər bu situasiyanı normal hesab etdiyini bildirib: “Normal hesab edirəm. Etibar Məmmədovla birgə olmağımızın yeganə yolu o ola bilərdi ki, hadisələrə, proseslərə baxışlarımız yaxın olsun, amma təəssüflər olsun, belə olmayıb”.
Qeyd edə bilərik ki, İsa Qəmbər 2003-cü ilin prezident seçkilərində namizəd kimi çıxış edirdi və bu məsələdə ona Qərbin bir sıra qurumları, həmçinin konkrert şəxsləri dəstək göstərirdilər. Lakin sonradan Qərb İsa Qəmbərə dəstəyini dayandırdı. Buna səbəb kimi isə müxalifətin vahid namizədinin olmaması, digər müxalifətçi partiya sədrlərinin də namizəd kimi seçkilərə qatılması göstərildi. Xüsusilə, müxalifətdən AMİP-in o zamankı sədri Etibar Məmmədovun namizədliyini verməsi, digər bir müxalifət partiyasının – AXCP sədri Əli Kərimlinin Etibar Məmmədovun namizədliyini dəstəkləməsi də İsa Qəmbərin Etibar Məmmədovla münasibətlərinin kəskinləşməsinə gətirib-çıxardı.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB