72 saylı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib FOTOLAR

YAP Sabunçu rayon təşkilatı Muxtar Fətəliyev küçəsi 72 saylı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda ilk öncə Vətən müharibəsi şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ərazi ilk partiya təşkilatının sədri Bəxtiyar Qasımov ötən dövr ərzində görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış edib. Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra ərazi ilk partiya təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilib.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə