Oğuzda şəhid Elman Babayevin doğum günü qeyd olunub

Oğuzda şəhid Elman Babayevin doğum günü qeyd olunub

Vətən müharibəsi şəhidi, Oğuz rayonunun Padar kənd sakini şəhid Elman Tahir oğlu Babayevin doğum günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin məktəblilər iştirak ediblər. Ziyarətçilər şəhidin Oğuz rayonunun Şəhidlər Xiyabanında məzarını ziyarət edərək, əziz xatirəsini yad ediblər, ruhuna dualar oxunub. Şəhid Elman Tahir oğlu Babayev 1994-cü il noyabrın 1-də Oğuz rayonunun Padar kəndində dünyaya göz açıb. Ailəlidir. İki övladı - Ümid və Nişanə adlı yadigarları bizlərə əmanət qalıb.

Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub şəhid olmuş əsgər Babayev Elman Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə