YAP Qaradağ rayon 60 saylı Ərazi təşkilatının hesabat-çeçki yığıncağı keçirilib

YAP Qaradağ rayon 60 saylı Ərazi təşkilatının hesabat-çeçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Sahil qəsəbəsi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun akt zalında 60 saylı Ərazi Partiya təşkilatının hesabat-seşki yığıncağı keçirilib.Yığıncaqda YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və YAP Qaradağ rayon təşkilatının məsləhətçisi Hacı İbrahimov iştirak edib.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktor müavini, 60 saylı ərazi partiya təşkilatının sədri Əliağa Səfərov hesabat məruzəsi ilə çıxış edərək ərazi partiya təşkilatının YAP-ın 2018-ci ilin 11 Fevralında keçirilən VI Qurultayından sonrakı dövrdə, xüsusilə də 2021-ci il martın 5-də keçirilən YAP-ın VII qurultayından sonra görülmüş işlərdən danışıb. Hesabat məruzəsində natiq Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışını zəruri edən səbəblərə toxunaraq müstəqilliyin ilk illərinin gənc suveren bir ölkə üçün asan olmadığını və Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, bir tərəfdən Ermənistanın hərbi təcavüzünün davam etdiyini, digər tərəfdən ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyünü və daxili sabitliyin pozulduğunu, eləcə də Azərbaycan dövlətçiliyi üçün konkret təhlükələrin yarandığını, ölkəmizin vətəndaş müharibəsi ərəfəsində olduğunu, digər bu kimi təhdidlər və risklərin olduğunu qeyd edib. Əliağa Səfərov məhz o çətin dövrdə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycana qayıtdığını və 1993-cü ildə yenidən hakimiyyətə gəldiyini diqqətə çatdırıb. O,Heydər Əliyevin xaos və anarxiyanı, iqtisadi, siyasi, mənəvi və psixoloji gərginliyi aradan qaldırdığını və bununla da müstəqil Azərbaycanın yeni inkişaf yoluna qədəm qoyduğunu vurğulayaraq, ulu öndərin əsasını qoyduğu uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğunu bildirib.

Natiq Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun şücaətindən, 44 günlük Vətən Müharibəsində əldə edilən qələbənin çoxəsrlik şanlı tariximizin ən parlaq səhifələrindən biri olduğunu, bu qələbənin qazanılmasında xalqımızın, o cümlədən rəhbərlik etdiyi kollektivin gördüyü işlərdən də söz açıb. Məruzəçi vaxtilə şöhrəti dünyaya səs salan Bakı Dərin Özüllər Zavodunun 1978-ci ildə bünövrəsinin qoyulduğunu, hazırda dənizin 200 metrə qədər dərinliklərində qazma işləri aparmağa qadir olan üzən qazma qurğularının istifadəyə verildiyini, 22-yə yaxın qazma qurğularının fəaliyyət göstərdiyini, vaxtilə burada 2500 işçinin çalışdığını bildirib. . Natiq Ümummilli lider Heydər Əliyevin bu zavodun əhəmiyyəti haqqında belə bir fikrini xatırladıb ki, əgər Dərin Özüllər Zavodu olmasaydı “Əsrin Müqaviləsi” layihəsinin həyata keçirilməsi 20 il yubanardı. ƏPT-nın sədri hazırda 107 nəfərdən ibarət zavod kollektivinin 38-nin YAP üzvü olduğunu, onların hamısının YAP yarandığı gündən etibarən ən fəal dövlətçilik mövqelərində durduğunu, onlar tərəfindən 44 günlük müharibədə daim ordumuza dəsdək üçün dəfələrlə cəbhəyə və qazi ailələrinə yardımlar aparıldığını xatırladıb.

Digər çıxışçı, BDÖZ-un Mexanika və Energetika şöbəsinin rəisi Qabil Allahyarov çıxış edərək edib və Ümummulli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü böyük işlərdən birinin də Bakı Dərin Özüllər Zavodunun olduğunu xatırladıb. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən böyük siyasətin mahiyyətinə aydınlıq gətirib və qeyd edib ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi Böyük zəfər nə qədər əhəmiyyətli idisə, ondan sonrakı bir ildə həyata keçirilən abadlıq və quruculuq işləri də bir o qədər çətin və böyük əhəmiyyət daşıyan məsələlərdir. O,digər həmkarları kimi YAP üzvü olaraq 44 Günlük Qələbədən sonra qurur hissi ilə yaşadığını qeyd edib və 2020-ci il sentyabrın 27-də başlanan və 44 Günlük Qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin müstəsna xidmətlərinin olduğunu xatırladıb. O, YAP Qaradağ təşkilatının üzvlərinin də çəkdiyi böyük zəhmətdən bəhs edərək bu istiqamətdə görülmüş işlərdən söz açıb.

İnsan Resursları şöbəsinin rəisi Kamran Mürsəlov, İqtisadiyyat-uçot şöbəsinin rəisi-baş mühasib Fazil Nəsibli və digər çıxışçılar 44 günlük qələbədən sonra qalib dövlətin vətəndaşları olmaqdan qürur duyduqlarını, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və və Azərbaycanın birinci xanımı, ölkəmizin vitse -prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə və dünyada apardıqları işlərdən, pandemiya şəraitində dövlətimizin həyata keçirdiyi uğurlu layihələrdən bəhs ediblər. Çıxış edənlər ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib və ilk təşkilatın sədri Əliağa Səfərovun müsbət fəaliyyətini nəzərə alaraq onun yenidən ərazi partiya təşkilatının sədri seçilməsini təklif ediblər. Səsvermə nəticəsində Əliağa Səfərov ərazi partiya təşkilatının sədri, Ceyhun Zərbəliyev isə müavin seçilib.

Yığıncağın sonunda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ümummilli lider Heydər Əliyevin siyasi kursunun mahiyyətindən və YAP-ın əsas prinsiplərindən,Yeni Azərbaycan Partiyasının yaranması zəruriliyindən,YAP-ın Azərbaycanın müasir siyasi tarixində oynadığı roldan, regionda baş verən tarixi əhəmiyyətli dəyişikliklərdən,Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının bölgəyəyə gətirəcəyi sülh və əminamanlıqdan,Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin həyatında baş verən yeniliklərdən, prezidentin çıxış və nitqlərində səslənən tezislərdən irəli gələn vəzifələrdən,YAP-ın Sədr müavini və Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovun salamlarını çatdırmaqla onun tapşırığı əsasında rayon partiya təşkilatı tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən danışaraq ərazi ilk partiya təşkilatlarının üzvlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə