“Zəfər gününü qeyd etməyə haqqımız var” ÖZƏL-MÜNASİBƏT

“Zəfər gününü qeyd etməyə haqqımız var” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycanın hər bir qarış torpağı bizim üçün əzizdir. Yəni, erməni işğalından azad olunmuş hər bir qarış torpağımızın qədrini bilməliyik və bunu xüsusi təntənə ilə qeyd etməkdə də heç bir qəbahət ola bilməz. Bu, bir tərəfdən torpaqlarımızın azad olunması deməkdir, digər tərəfdən isə millətin öz qürurunun geri qaytarılması deməkdir”. Bunu Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, torpaqlarımızın azad edilməsində canından keçən bizim qəhrəman əsgərlərimiz, zabitlərimiz, vətəndaşlarımız olub və onların əməyini dəyərləndirməliyik: “Biz Azərbaycan üçün canlarını qurban vermiş əsgərlərimizi, hərbçilərimizi heç vaxt unutmayacağıq. Qazilərimiz əzizdir, Allah onlara uzun ömür, cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Əldə etdiyimiz qələbə gənc nəsillərin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayacaq. Torpaqlarımızı azad etməklə qazanılan Zəfər gününü qeyd etməyə haqqımız var. Azərbaycan xalqı bu haqqı Müzəffər ordumuza verib. Zəfər gününü təntənəli şəkildə qeyd etməklə Azərbaycan ordusunun qəhrəman oğullarına minnətdarlıq hissimizi nümayiş etdirməliyik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə