Azərbaycan Vatikanda səfirlik açacaq. SİA-nın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Deputatlar bildirib ki, səfirliyin açılması tərəflər arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB