Quantanamo məhbusu: “Ac saxlayaraq döyüb və zorlayıblar” DƏHŞƏT
Vaxtilə Quantanamo həbsxanasının hücrələrində məhbus həyatı yaşamış şəxs ilk dəfə sorğu-sual zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hansı zorakılıq metodlarından istifadə etməsi barədə danışıb. SİA xəbər verir ki, bu haqda Associated Press yazır. “Əl-Qaidə” terror qruplaşması ilə əməkdaşlıqda ittiham edilərək adıçəkilən həbsxanaya yerləşdirilən Məcid Xan həbsxanada törədilmiş hərbi cinayətlərlə bağlı məhkəmədə hakimlərə MKİ-nin gizli obyektlərində istintaqçılar tərəfindən hansı təhqirlərə məruz qalması barədə məlumatlar verib.
Keçmiş məhbusun sözlərinə görə, onu tamamilə soyundurub və başıaşağı şəkildə tavanda düzəldilmiş qarmaqdan asırdılar və o, günlərlə belə vəziyyətdə qalıb. Eyni zamanda, üzərinə buzlu su tökülərək yatmağa izn verməyiblər, həmçinin ac saxlayaraq döyüblər, zorlayıblar.
“Nə qədər çox əməkdaşlıq edərək danışırdımsa, mənə qarşı daha çox zorakılıq edirdilər. Elə düşünürdüm ki, öləcəm”, Məcid Xan deyib.
O, etiraf edib ki, “Əl-Qaidə”də kuryer işləyib və bir neçə dəfə planlaşdırılan, lakin baş tutmayan aksiyalarda iştirak edib. 2012-ci ildə isə o özünü təqsirkar bilib və istintaqla əməkdaşlığa razılıq verib.
Onu 25 ildən 40 ilə qədər həbs cəzası gözləyir. Lakin istintaqçılarla əməkdaşlıq etdiyinə görə həbs müddəti 11 ilə qədər azaldıla bilər. Məhbusun 2012-ci ildən Quantanamodakı həbsxanada həbs yatması da həmin müddətə əlavə olunur.
Qeyd edək ki, beynəlxalq terrorçular üçün nəzərdə tutulan Quantanamo həbsxanası 11 sentyabr 2001-ci il terror hadisəsindən sonra yaradılmışdı. Daha əvvəl bir çox beynəlxalq təşkilatlar ABŞ administrasiyasını həbsxananı bağlamağa çağırırdılar. Ümumilikdə Quantananodan 775 məhbus keçib və onların çoxu məhkəmə qarşısına çıxarılmayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB