ABŞ-da nifrət zəminində cinayətlər artır AXSIOS

ABŞ-da nifrət zəminində cinayətlər artır AXSIOS

2021-ci ildə Amerikada nifrət zəminində - vandalizm insidentləri, qəsdən yanğın törətmələr və s. ziyanların vurulması ilə bağlı baş verən cinayətlər artıb. SİA xəbər verir ki, Axsios nəşrinin yazığına görə, ölkədə kilsələrə, məscidlərə, sinaqoqlara, budda məbədlərinə qarşı törədilən hücumlar daha çoxdur. Bu kimi cinayətlərin şəxslərarası münasibətlərdən çox dini fanatizm istiqamətində artması isə fakta çevrilib.

ABŞ-ın Federal Araşdırmalar Bürosunun məruzəsinə görə, 2021-ci ildə nifrət zəmininidə törədilən cinayətlər islamofobiyanın artdığı - 11 sentyabr terrorundan sonra ən yüksək həddə qədər inkişaf edib. Belə ki, ABŞ-ın katolik yepiskopları konferensiyası öötən həftə məlumat verib ki, 2020-ci ilin may ayından hazırkı dövrə qədər katolik müəssisələrinə qarşı 100 nifrət xarakterli hadisələr törədilib. Bildirilir ki, bu yay Kanadada uşaqlar və yerli xalqlar üçün fəaliyyət göstərən katolik məktəblərinin yaxınlığında adsız məzarların aşkar edilməsindən sonra onlarla kilsəyə qarşı qəsdən törədilmiş yanğın hadisələri baş verib.

Həmçinin bildirilir ki, nifrət zəminində baş verən cinayətlər qlobal siyasi hadisələri təxribata cəlb edir və KİV-lərdə birtərəfli işıqlandırılır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə