"Bakıda keçirilən forumlar ölkəmizə yeni dostlar qazandırır" - MÜNASİBƏT BİLDİRİLDİ

“İstənilən beynəlxalq forumun Bakıda keçirilməsi Azərbaycanın öz mesajlarını, fikir və təkliflərini həm də dünya ictimaiyyətinə çatdırmaq anlamına gəlir.” Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev qeyd edib.

Onun sözlərinə görə, istənilən beynəlxalq forumun Bakıda keçirilməsi Azərbaycanın öz mesajlarını, fikir və təkliflərini həm də dünya ictimaiyyətinə çatdırmaq anlamına gəlir. “Dünyanın tanınmış insanları, sabiq dövlət xadimləri Azərbaycana gəlir, buranı görür, danışır və sonra da bunlarla bağlı müsahibələr verir, fikirlər söyləyirlər və bu da dünyaya çatdırılır. Çünki o insanlar Azərbaycanda yalnız forumda iştirak etmir, eyni zamanda bu forumlarda iştirak etdikdən sonra digər forumlara qatılırlar. Təbii ki, Azərbaycanda gördüklərini yeri gəldikdə o insanlara çatdırırlar. Azərbaycan həqiqətlərini görüb onun daşıyıcısına çevirilirlər. Bu da bizim üçün çox əhəmiyyətlidir. Xüsusən də 44 günlük müharibədən sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması çox vacib məsələlərdən biridir. Bu cür tədbirlərin keçirilməsi Azərbaycana yeni dostlar qazandırır və bu dostlar da Azəraycanın çətin günlərində kömək əlini uzadırlar. Bu baxımdan da mən bu cür forumları yüksək qiymətləndirirəm, həm də bilirsiniz ki, pandemiya dövründə Azərbaycanda tədbirlər keçirilmirdi. Turizim xeyli zəifləmişdi və buna görə də belə forumların keçirilməsi dünya insanlarının, müxtəlif ölkə vətəndaşlarının Azərbaycana gəlməsi ölkədə iqtisadiyyatın canlanmasına tövhə verir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...